Etibar Pirverdiyev əsgər yeməkxanasını dağıtdırdı – Azərenerji rəhbəri polkovniki rədd etdi ( təfsilat)

Azərenerji rəhbərinin xoşagəlməz silsilə əməllərindən növbəti yazımz davam edir. Beləki haqqında bir daha söz açacağımız bu vəzifəli şəxs, artıq 18-ci ildir minlərlə energetikin bir sıra hüquqlarını pozmaqla bərabər, dövlətimizin əsas güc struktur qüvvələrindən biri olan Müdafiə Nazirliyinin nəzdində olan Hərbi Dəniz Qüvvələrinin Bayılda yerləşən Donanmasının da xidmətdə olan yüzlərlə əsgər-motrosuna misilsiz formada böyük kobudluq göstərmişdir.

Belə ki, paytaxt.org -un əldə etdiyi məlumata görə, Dövlət Bayraq Meydanının tikintisi zamanı Etibar bəy, Hərbi Dəniz Donanmasının komandanlığının bildirişinə məhəl qoymadan həmin yüksək rütbəli zabitlərin üstünə yüksək səslə yeməkxana binasını Buldozer texnikası ilə “Dağıt”! komandasını verir, Bu zaman Donanma daxilindəki motros yeməkxanasında növbətçi vəzifəsini yerinə yetirən gizir rütbəli şəxs bədbəxt hadisə baş verəcəyindən ehtiyat edərək yeməkxananın içindən bu kobud əmri eşidərək çölə çıxıb komandanlığa və onun yanında həmin vaxt dayanan Azərenerji başkanı cənab Pirverdiyevə bildirərək məruzə edir:” Cənab Polkovnik və Etibar müəllim, motroslar səhər yeməyini yeyirlər, xahiş edirəm 5-cə dəqiqə gözləyin!” Yeməkxana növbətçisinin bu bildiriş və xahişinə məhəl qoymayan cənab Pirverdiyev, təkrarən Donanma komandanı Polkovnikin və Buldozer texnikasını idarə edən “Azenco” ASC-nin Avtonəqliyyat idarəsinin buraya ezam olunan sürücüsünün üzərinə yüksək səslə ” dedim dağıdın!”. Bundan bərk vahiməyə düşən texnikanı idarə edən sürücü , Ekskovatorun polad təbəqəli çalovunu birbaşa yeməkxana binasının ortasından dağıdıcı zərbə vurmaq məcburiyyətində qalır. Elə bu andaca yeməkxana növbətçisinin dəhşətdolu çığırtısı yeməkxananın daxilində nahar edən əsgərlərə çatır, Əsgərlər yeməkxana növbətçisinin bu səsinin məhz yeməkxana binasının dağıdılıb uçurulmasına bir həyəcan siqnalı olaraq qəbul edir və “məsum motroslar” buldozerin təkrar , növbəti zərbəsindən xəsarət alacaqlarından qorxub ehtiyat edərək əllərindəki çörək normaları ilə birgə yeməkxananın sındırılmış şüşə- pəncərələrindən özlərini toplum halda yerə atır! Bu baş verən dəhşətdolu mənzərəni adi və heçnə olmamış kimi qəbul edən cənab Pirverdiyev, sərt üzünü onlara çevirib çıxıb gedir. İndi təsəvvür edin əziz həmvətənlər, əgər dövlət atributu hesab edilən müqəddəs bayrağımızı ilk öncə gecə gündüz hərbi xidmət çəkərək göz bəbəyi kimi qoruyan əsgər heyətinə bu yüksəkçinli dövlət məmuru Etibar Pirverdiyev bu cür etinasız yanaşırsa, axı bu şəxsdə necə bizim millətə və dövlətə sevgi və ehtiramı ola bilər? Bütün bu baş verənlər məgər Etibar bəyin bizim xalqımıza və dövlətimizə olan münasibətini tam şübhə altına almırmı? Bu münasibətdən doğan daha bir növbəti ilginc faktı sizə təqdim edirəm: Əzəli futbol baza məktəbi olan Mingəçevirin hələ Sovetlər dönəmində fəaliyyət göstərən “Energetk ” futbol klubu yerləşdiyi rayon üzrə olan yüksək gəlirli Azərenerjinin maliyyəsi hesabına Azərbaycan Futbol Federasiyaları Asossasiyası ( AFFA) balansına hər mövsüm iştirak üçün müəyyən olunmuş ödənişi həyata keçirtməklə Premyerliqada iştirak edirdi. Etibar Pirverdiyev eks rəhbər Müslüm İmanovdan sonra Quruma başkan təyin olunduqdan sonra onunçün yad hesab edilən bu nur şəhəri Mingəçevirin idman qüdrətini görün necə sındırdı? Deməli , Etibar bəy, qəsdən AFFA-ya üzvlük haqqı məqsədilə köçürülməli olan maliyyə vəsaitini bilərəkdən köçürtməyərək guya maliyyə probleminin yaşantısını əsas gətirərək” Energetik ” Mingəçevir futbol klubunu kənarda qoybmuş, bundan növbəti mövsüm üzrə keçiriləcək Futbol üzrə ölkə çempionatını Qusar rayonunu təmsil edəcək.

Paytaxt.org bildiriri ki, Etibar Pirverdiyev “Şahdağ” Qusar komandasını “Azərenji”-nin hesabına zorla da olsa təşkil edib “ortaya çıxardır”. Məlum olur ki, əzəli futbol bazası və məktəbi olmazlığından klub , keçirilən çempionatda debüt çıxışlarındanca uğursuz seriyalar üzündən və ən əsası haqq və ədalət baxımından da halal olmayan bir zərurətdən yaranan Qusar Şahdağ klubu Çempionatdan kənarlaşdırılır! Lakin bunun fərqinə belə varmayan cənab Pirverdiyev , özündə çox böyük təcrübəyə malik usta futbolçulardan ibarət( Ramiz Məmmədov, Mehman Alışanov, Mehman Baxışov və s.) bir əzəli futbol ənənəsinə bir şovinistsayağı da bir əbədi xətt çəkdi. İnanırıq ki, Etibar Pirverdiyevin bu pərdəarxası əməllərinin üstü bundan sonra bir daha ifşa olunaraq ictimaiyyət içərisində böyük qınağa səbəb olaraq mühakimə olunacaqdır! Bu səpgidə növbəti yazılarla sizlərin görüşünə gəlmək ümidi ilə…

Paytaxt.org

Xəyyam Qurbanlı.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.