Iş üçün müraciət edən tələbə qızlara “prezervatriv” verib müştəriyə göndərirlər – Masaj salonunda gizli çəkiliş – VİDEO

İş elanları arasında yəqin ki, qarşınıza “Masaj salonuna masajçı qız tələb olunur. İş öyrədilir. Təcrübə olmasa da, olar. Yaş həddi 30-a qədər. Yalnız qızlar müraciət etsin. Əmək haqqı 900 Azn. Tələbələr də müraciət edə bilər” məzmunlu elanlar çıxır.

Çox maraqlı və cazib iş təklifidir elə deyilmi? Bəs bu masaj salonunda hər şey masajlamı bitir? Tələbə və gənc qızlar üçün olan bu təklifin əsas məqsədini təcrübəli qadınlar və masaja gedən kişilər yaxşı bilsə də, rayondan oxumaq üçün gələn gənc qızların bu barədə məlumatı yoxdur.

900 manat isə necə deyərlər cəlbedici və şirin görsənir.

İş elanları olan saytların birində masajçı qadın axtaran nömrəyə zəng vurdum. Telefonu bir xanım açdı. Elan üçün zəng etdiyimi bildirdim və məni iş görüşünə dəvət etdilər. Mən də silah sursatımı götürüb, yollandım “Aura masaj” salonuna. İçəridə məni Lalə adlı gənc xanım qarşıladı. Girişdə 5 qız əyləşmişdi. Biz danışmaq üçün içəridə yerləşən otağa keçdik:

– Sizə saat neçədən-neçəyə deyiblər vaxtı?
– O barədə, telefonda məlumat verən olmadı mənə.

– O biri salonumuzda axşam “smen”ləri də var. Lakin burda iş saatı səhər 11-dən axşam 11-ə kimidir. Biz də sırf masajdı başqa heç nə yoxdur. Ağlına başqa heç nə gətirmə. Aylıq qazancımız 800-900 manat olur. İşə belə yaxşı yapışanda 1000-2000 manata qədər çıxır. İşə məsuliyyətsiz yanaşsanız, 200-300 heç çıxara bilməyəcəksiniz.
– O zaman siz də maaş yoxdur. Pulu bəxşiş vasitəsilə qazanırıq.

– Yox hər müştəriyə görə pul veririk. Bəxşiş də ki, müştəridən və səndən asılıdır. Yaxşı qulluq etdiyin üçün verən də ola bilər. Səndən xoşu gəlib verə də bilər. Gözəlliyini, danışığını bəyənir bir də görürsən elə ona görə də pul verirlər. Müştərilərə çay, kofe verəcəksən, lazım gəlsə, saçlarını fenləyəcəksən. İşini yaxşı gördüyün vaxt sənə 50,80, 100 də verən olacaq.
– Mən masajı bacarmıram.

– Narahat olma, orda çətin heç nə yoxdur. Biz sənə öyrədəcəyik. Müştərilərə heç bir halda nömrə vermə və onlarla qıraqda görüşmək olmaz. Bunları da yadında saxla.

Bu dialoqdan sonra işə qəbul olundum və elə həmin andan başlaya biləcəyimi dedilər. Bu arada elə həmin gün mənimlə eyni yaşda bir xanım da işə başlamışdı. Bizə masajın qaydasını öyrətməyə başladılar. Nəzərinizə çatdırım ki, burda tibbi masajdan söhbət getmir. Başınızı ağrıtmadan iş şərtləri ilə sizi tanış edim: İlk olaraq, adınızı dəyişəcəksiniz. Məsələn, mənə “Günay” adı verildi. Masajı öyrəndiyimiz vaxt “Lalə” adlı qıza zəng gəldi. Danışıq zamanı “iki qəşəng qızımız” da gəlib cümləsindən müştəri gələcəyini anladım. Yanılmadım. Lalə mənə şərtləri izah etməyə başladı.

Müştəriylə xanım içəridə olduğu zaman otağın qapısını açmaq qəti qadağandır və ödəniş əvvəlcədən ödənməlidir. 30 Azn ödəyən müştəriyə 1 saat yarım vaxt verilir. Onun 45 dəqiqəsinə masaj daxildir. Daha sonra müştərinin istəyindən asılı olaraq onunla hamama girməli və istəklərini yerinə yetirməlisən.

Budur ilk müştərilər də gəldi. Biz bu gün müştəri qəbul etməyəcəkdik. Salonun köhnə işçiləri onları qəbul etdi. Mən təzə qızla söhbət etməyə başladım. Məlum oldu ki, işçi xanımlardan biri tələbədir. Dərsdən sonra burda çalışır. Uzaq kənd rayonlarının birindən gəlib. Təbii ki, onun burda işlədiyini də evlərindən kimsə bilmir.

Yeni işçilərə cinsi münasibətin olmadığını desələr də gələn müştərilərdən birinin dostuna verdiyi qoruyucudan bunun heç də belə olmadığı məlum oldu. İlk müştərilərdən sonra hər zaman gələn müştərilər gəldi.

Həmin Lalə xanım isə bizi sabah artıq işə başlamaq üzrə evə göndərdi. Faktor.Az



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.