Kriminal avtoritetə görə öldürdürülən polkovnik – restoranda atışma
Ötən gecə Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində restoranda atışma olub. TASS-ın verdiyi məlumata görə, atışma nəticəsində Rusiya Qvardiyasının əməkdaşı da daxil olmaqla, 3 nəfər ölüb. Paytaxt.org virtualaz.org-a istinadən xəbər verir ki, lenta.ru Arvamir restoranında üç nəfərin, həmçinin “Rosqvardiya” zabitinin həlak olduğu atışmanın iştirakçılarının kriminal dairələrlə bağlı ola ola biləcəyi ehtimalını irəli sürüb.
Restoranda atışma şənbədən bazar gününə keçən gecə olub. Nəşrin məlumatına görə, restorana dincəlməyə gələn “Vityaz” mühafizə agentliyinin rəisi Sergey Borovoyla, o gələnədək orada öz dostları ilə əylənən yerli kriminal avtoritet Andrey Sarayants arasında münaqişə baş verib.
Silaha birinci Borovoy əl atıb. Aldığı güllə yarasından kriminal avtoritet hadisə yerindəcə ölüb.
Bundan sonra Sarayantsın dostu Muxtar MalsyuqenovBorovoya və onun yanında dayanan dostu- Armavirin mühafizə idarəsi rəisinin vəzifələrini müvəqqəti icra edən “Qosqvardiya” polkovniki Pyotr Lomakinə cavab atəşi açıb. Hər ikisi bir neçə güllə yarası alıb və xəstəxanada ölüb.
Rusiya İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə idarəsindən bildirilib ki, fakt üzrə 2 maddə ilə cinayət işi qaldırılıb.
Ehtimal olunur ki, şübhəli şəxslər qara “BMW”də və ya gümüşü rəngli “Mercedes-Benz”də hərəkət edirlər.
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.