Mikayıl İsmayılovun “Az-Granata”sı və dövlətə, vətəndaşa ziyan vuran şirkətin dinə sayğısızlığı

“Az-Granata”MMC – nin qanunsuz fəaliyyəti və Dövlətin maraqlarına qarşı siyasəti ölkə ictimaiyyətində narazılıqların artmasına səbəb olub. Realliqinfo.org saytının bu şirkət haqqında dərc etdiyi yazılar hüquq pozuntularını və dövlət vergisindən yayınma faktlarını önə çıxarsada, rəsmi qurumlar tədbir görməməkdə israrlıdır. Vergilər nazirliyinin susması, Standartlaşma, Metrologiya və Patent üzrə Agentliyin qanunsuzluğa qarşı göstərdiyi biganəlik, MMC rəhbərliyinin maraqlarına xidmət etməkdədir. Təbii ki, bu susqunluğun arxasında bir gücün durduğu danılmaz faktdır.

“Az-Granata” MMC şirkətinin yaranışı ilə içki satışında ölkə bazarını ələ keçirməsi faktdır. Baxmayaraq ki, Azad İstehsalçılar Birliyi sədrinin bəyənatı, çoxsaylı vətəndaş şikayəti şirkətin məhsullarının həyat üçün təhlükəli olmasından xəbər verir. Tez – tez zəhərlənmələr və istehsal olunan məhsulların üzərində buraxılış və istifadə müddətinin qeyd edilməməsi MMC rəhbərliyinə qanunsuz verilən səlahiyyətlər sırasındadır. Saytın apardığı çəlişlər və şirkətə məxsus mağazalarda alınan məhsullara vergi çeklərinin verilməməsi, dövlət vəsaitlərinin mənimsənilməsi faktları da önə çıxarmış oldu. Az-Granata MMC- nin fəaliyyətindəki özbaşınalıq faktları bunlarla bitmir.
Mikayıl İsmayılovun “Az-Granata”sı və dövlətə, vətəndaşa ziyan vuran şirkətin dinə sayğısızlığı
Realliqinfo.org bildirir ki, “Az-Granata” MMC Azərbaycan Respublikasının Dövlət gerbindən öz mənfəəti üçün istifadə edib. Lakin bu addımla qanunvericiliyin tələblərini pozub.
Sayt xəbər verir ki, dövlət rəmzinin təsviri “Atribut” adlı araq şüşəsi üzərinə vurulub.

İnsanlar istehsalçının bu addımını narazılıqla qarşılayıb. Dövlət rəmzinin arağın loqosu kimi istifadə edilməsinin düzgün olmadığı bildirilib. Qanunların qadağan etdiyi hallara yol verən şirkət rəhbərliyi bu addımı atmaqla, dövlətə qarşı növbəti sayğısızlığı etdi.
Çox keçmədi ki, şirkət bu özbaşınalığını ört-basdır etməyə cəhd etdi və “Atribut” araqlarının yeni loqoda başlamağa start verdi. Bu normaldır, lakin şirkətin satış mağazalarında dövlət atributu əks olunmuş araqların satışı yığışdırlmadı. Əksinə Az-Granata rəsmilərinin tapşırığı ilə həmin araqlar sosial şəbəkələrdə reklam olunmağa başladı. Bu da şirkət rəsmilərinin dövlətə qarşı fəaliyyət göstərdiklərinə bir nümünə sayıla bilər. Rəsmi qurumlar isə MMC-nin özbaşınalığına hüquqi qiymət verməkdən yenə çəkindilər.

Şirkət dinimizin dəyərlərinə də sayğısızlıq göstərməklə diqqət mərkəzindədir. Bir müddət öncə, Realliqinfo.org saytı yazırdı ki, şirkətin İçərişəhərdə yerləşən “İmam Əli” məscidindən bir neçə addım yaxınlıqda spirtli içkilər satılan mağazanın açılışı olub. Bu, ibadət evinə gələn inanclılarla bərabər ölkə müsəlmanlarını narahat edib. Sosial şəbəkələrdə mağazanın burada fəaliyyət göstərməsinə etiraz edilib.
Mikayıl İsmayılovun “Az-Granata”sı və dövlətə, vətəndaşa ziyan vuran şirkətin dinə sayğısızlığı
Lakin üstündən çox keçməmiş şərab evinin önündə açıq havada masalar qoyulub və dequstasiya təşkil olunub. Yoldan keçənlərə isə oradakı spirtləri pulsuz dadmaq təklif olunub.
Yaranan mənzərə isə bir daha dindarları qıcıqlandırıb. İbadət evinin çox yaxınlığında şərab evi, üstəlik, qarşısında spirtli içki içilir.
Mağaza “Az-Granata” MMC-yə məxsusdur. Deyəsən şirkət rəhbərliyi dindarları özündən çıxarmaqda israrlı görünür. Çünki mağazanın açılmağı ilə bir qədər gərginlik yarandı və bu, səngiməmişdi ki, məscid önündə insanlar pulsuz şərab içməyə dəvət olunur. Şirkət rəhbərliyi yaxşı bilir ki, Azərbaycan dünyada İslam dövləti olmasa da, İslam ölkəsi kimi tanınır. Lakin ölkə qanunlarını tanımayan şirkətin etirazları coşdurmaq niyyətinin arxasında maraqlı qüvvələrin dayandığını sezmək mümkündür.

Sual: Bütün bu faktların baş verdiyi zaman və etirazlara səbəb olan Az-Granata MMC-yə qarşı niyə qanuni addımlar atılmır? Şirkət rəhbərliyin ölkə dəyərlərinə sayğısızlığına qarşı niyə tədbirlər görülmür?
Mikayıl İsmayılovun “Az-Granata”sı və dövlətə, vətəndaşa ziyan vuran şirkətin dinə sayğısızlığı
Realliqinfo.org saytı bu suallara cavab tapmağa çalışıb. Saytın əməkdaşlarının apardığı araşdırmalardan məlum olur ki, “Az – Granata”MMC sirkətinə Rövşən Fərhadov rəhbərlik edir. Lakin ölkə camisində tanınmayan bi ismin sahibinin bu qədər qanunsuzluğa imza atması və cəzalandırılmaması inandırıcı deyildi. Rövşən Fərhadovun sadəcə isim olaraq şirkətin başına gətirildiyini sadə vətəndaş da yaxşı anlayır. Əsas fiqurun isə SOCAR –ın vitse –prezidenti Mikayıl İsmayılovun olduğuna şübhə yoxdur. Bu şəxsin dövlətə vurduğu ziyan ölkə mediasının gündəmini zəbt edib. Mikayıl İsmayılovun qanunsuz yollarla əldə etdiyi milyonlar da istər medİada, istərsədə sosial şəbəklərdə etiraza səbəb olub. Lakin toxunulmaz fiqura çevrilən İsmayılovla qanunların dili ilə danışa bilən orqan tapılmır.

Mikayıl İsmayılovun “Az-Granata”sı və dövlətə, vətəndaşa ziyan vuran şirkətin dinə sayğısızlığı
Az-Granata MMC- nin Ağsu sirə və şərab email zavoduna SOCAR – ın vitse prezidentinin qohumu Vüqar Mikayılov rəhbərlik edir. Vüqar Mikayılovun da aşura günü inanclı insanların qəzəbinə gələn addımları ilə diqqət mərkəzinə düşdüyü hamıya bəllidir. Bu şəxs aşura günü Facebook sosial şəbəkəsində spirtli içkiləri paylaşaraq reklam etməsi xatirələrdən silinməyib.
Mikayıl İsmayılovun “Az-Granata”sı və dövlətə, vətəndaşa ziyan vuran şirkətin dinə sayğısızlığıİnsanların müqəddəs inanclarına, dövlətin qanunlarına hörmətsizlik edərək milyonları mənimsəməkdə davam edəm Mikayıl İsmayılovun və onun nəzarətində insanların sağlamlığına təhlükələr yaradan Az-Granata MMC- nin fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Növbəti yazıda M.İsmayılovun və rəhbəri olduğu şirkətin özbaşınalığı barədə daha ətraflı məlumat verəcəyik. Cəmiyyətdə imicini itirməkdə olan şirkətin dövlətə vurduğu milyonlarla ziyanın yazımızın əsas araşdırması olacağını görəcəksiniz.

Bizi izləyin.
Realliqinfo.org

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.