Polis rəisi və yüksək vəzifəlilər həbs edildi – TƏCİLİ

Goranboy Rayon Polis Şöbəsində xüsusi əməliyyat keçirilib. Paytaxt.org bildirir Gununsesi.info-nun hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı rayon polis şöbəsinin bölmə rəisi və daha bir yüksək vəzifəli zabit həbs olunub.

Polis zabitlərinin hansı qurum tərəfindən həbs edildiyi, həmçinin həbsin səbəbləri gizli saxlanır. Əldə etdiyimiz məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin rəhbərliyindəki xüsusi qrup Goranboy Rayon Polis Şöbəsində olub. Şöbədə qapalı iclas keçirilib.

Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini Rasim Əmirov əməkdaşlarımızın sorğusuna cavab olaraq bu barədə heç bir açıqlama verə bilməyəcəyini söylədi və Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə etdi.

Lakin xəbər gecə saatlarında redaksiyamıza daxil olduğu üçün nazirliyin mövqeyini öyrənə bilmədik. Mövzuya qayıdacağıq.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.