Prezidentdən növbəti dəyişiklik: Rövnəq Abdullayev, Cavid Qurbanov, İltimas Məmmədov…- SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Azerinews.org, Xeberle.com-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, “İltimas Məmmədov – Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” və “İlqar Fəti-zadə – Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini” sözləri çıxarılsın; “Ədalət Vəliyev – Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözlərindən sonra “Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti”, “Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” və “Taleh Ziyadov – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri əlavə edilsin; “Kamal İsmayılzadə – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri “Ağadayı Ağayev – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilsin.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Özbəkistan tərəfinə bildiriş göndərsin.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.