Prezidentin fərmanı: minlərlə iş yeri açılacaq

Ələt azad iqtisadi zonasının yaradılması ilə bağlı görülən işlər elə bir səviyyəyə çatıb ki, burada artıq bütün proseslər hüquqi müstəvidə həll olunmalıdır.

Bu sözləri Axar.az-a keçmiş maliyyə naziri, professor Fikrət Yusifov Prezident İlham Əliyevin imzaladığı “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə fərmanı şərh edərkən deyib. O bildirib ki, prezident öncədən qəbul edilmiş qanunun tətbiqi üçün bu fərmanı imzalayıb:

“Bu fərmanın məhz indi imzalanmasının səbəbi indiyə qədər görülən işlər – Ələtdə tikilib artıq müəyyən hissələri istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının hazırlıq səviyyəsinə görədir. Artıq bundan sonra azad iqtisadi zonanın formalaşması hüquqi müstəvidə həll olunmalıdır. Yəni qanun işləməlidir ki, bütün bu görülən işlərin hamısını qanuna söykənərək həll etsinlər. Çünki burada fəaliyyət tənzimlənməlidir. Bu fərmanın imzalanması ilə burada iş görmək, müəssisə (emal, ticarət) yaratmaq istəyənlər azad iqtisadi zonanın tələblərinə uyğun şəkildə qanuna müvafiq surətdə bu işlərini görə biləcək. Prezident bu fərmanı imzalamaq qanunun qüvvəyə minməsinə zəmin yaratdı”.

F.Yusifov vurğulayıb ki, indiyə azad iqtisadi zonanın yaradılması üçün çox işlər görülüb və bundan sonra Ələt azad iqtisadi zonasının formalaşması prosesi başlayır:

“Formalaşma da hüquqi müstəvidə baş tutmalıdır. Prezident də bu fərmanı imzalamaqla, həmin qanunun qüvvəyə minməsini rəsmiləşdirdi. Nəzərdə tutulan zonanın formalaşması hüquqi əsaslarla baş tutacaqdır. Bakı Beynəlxalq Dəniz Ticarəti limanında və onun yerləşdiyi ərazidə azad iqtisadi zonanın yaradılması yeni ticarət müəssisələrinin açılması deməkdir. Bu eyni zamanda minlərlə yeni iş yerinin də yaradılacağı anlamına gəlir. Bütövlükdə Ələt zonasının inkişafı üçün burada fəaliyyət göstərmək istəyən hüquqi, fiziki şəxslər bütün işləri qanun əsasında həyata keçirəcəklər”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.