Yardımlı rayon İcra Hakimiyyətindəki “işbazlar” büdcə təşkilatlarına “tas” qoyub – ŞİKAYƏT

Beləki, Qazaxdan Yardımlıya təyin olunmuş icra başçısı Ayaz Əsgərov vəzivəyə gələndən islahatlar aparmaqla bürokrat məmurlara yerlərini göstərib. Amma bunu həzm etməyən müavinləri və şobə müdirləri idarələrdən bir aylıq maaşı tələb edir. Mənbə xəbər verir ki, icra başçısının  müavinləri büdcə təşkilatlarına təzyiq göstərir. Bu azmış kimi, pul yığımında Prezident Administrasiyasının adından istifadə edir. Və icra başçısını rayonda gözdən salmaq istəyirlər deyə daxil olan məlumatda bildirilir.

Şikayətçilərin iddiasına görə, yerli məmurlar idarə və müəssə rəhbərlərinə bildirib ki, guya  icra başçısına PA-dan tapşırılıb ki, büdcə təşkilatlarının əməkdaşları bir aylıq əmək haqqını bağışlasın.  Qeyd edək ki. Ayaz Əsgərov rayona təyin olunduqdan sonra əhalinin sosial rifahı yolunda ciddi addımlar atılıb. Buna nümunə kimi ya fındıq tinglərinin salınması, dağılmış yolların bərpa edilməsi, yeni iş yerlərinin açılması göstərilib. Buda yerli işbazların rayon rəhbərinə qarşı gizli kompaniyaya start verib.

Verilən məlumatda daha sonra bildirilir ki, aylarla əziyyət çəkən işçilər gözünü maaşa dikib, onu da icra başçısının adından həmin işbazlar onların əllərindən alınır. İcra başçısına da düzgün məlumat çatdırılmır. Üstəlik, əmək haqqını verməyənlər təhdid olunur. Onlar işdən azad edilməsi ilə hədələnir. Artıq tariflər müəyyənləşdirilib. Təhsil sahəsində çalışanların hər birindən 45 manat, səhiyyə işçilərindən 42 manat, mədəniyyeət işçilərinin hər birindən 45 manat tələb olunur. Eyni zamanda İnzibati Ərazi Dairələrinə tapşırılıb ki, 90 nəfər kənd sakinləriylə birlikdə 43 manat və əgər pulu yığa bilməsə, ərazi nümayəndəliyi öz cibindən 4000 manat verməlidir. May ayının 10-da keçirilən gül bayramını da misal gətirmək olar.

Yardımlının icra başçısı gözdən salmaq üçün  PA-nın adından istifadə etməklə pul alması, rayon icra hakimiyyətindəki işbazların büdcə təşkilatlarında işləyənlərin haqqının yeyilməsi narazılıqların olmasına hesablanmış siyassətdi desək yerinə düşər. Bu da rayonda ciddi hərc-mərclik yarada bilər.

Yerli əhalini dövlətdən narazı salan icra başçısının etibar etdiyi yerli məmurlar hakimiyyətə qarşı iqtisadi təxribatla məşğuldur deyən narazı şəxslər öz şikayətlərində prezidentə müraciət edəcəklərinidə iddia edirlər.

Vasif Cənubi

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.