Əli Kərimli Müsavatı necə aldatdı – gizli mitinq hazırlığı ifşa olundu

Milli Şura sədri Cəmil Həsənli müxalifətin birgə mitinqlərinin keçirilməsi ilə bağlı Müsavat Partiyası və REAL hərəkatına müraciət edib.

REAL-ın qərarı həftəsonu gözlənilsə də, Müsavat başqanı Arif Hacılı müraciətə müsbət reaksiya verib. O, özünün facebook hesabında “bizdən müsbət cavab gözləyin” yazıb.

Картинки по запросу Müsavat və Milli Şuranın birgə mitinq

Artıq Müsavatla Milli Şura arasında mitinq müzakirələrinin başlandığı barədə xəbərlər yayılıb. Müzakirələrin ilk anındaca iki qurum arasında narazılıqlar baş qaldırıb. Bu barədə “Yeni Müsavat”a Müsavat Partiyasındakı mənbədən məlumat daxil olub. Narazılığa səbəb isə Əli Kərimlinin növbəti dəfə birliyə qarşı fəaliyyətinin olduğu deyilir. Belə ki, müzakirələr başlayar-başlamaz məlum olub ki, AXCP sədri hələ günlər öncə Bakı Şəhər İcra Hakimiyyətinə martın 4-də aksiya keçirmək üçün müraciət ünvanlayıb. BŞİH isə Milli Şuranın aksiyasına martın 3-nə icazə verib. AXCP sədrinin gizli mitinq hazırlığı isə martın 1-də üzə çıxıb. Müsavat nümayəndələri ilə birlikdə Milli Şura üzvləri BŞİH-ə müraciət edərkən bilinib ki, Ə.Kərimli tamam başqa tarixdə, başqa ünvanda mitinq etmək üçün müraciət edibmiş. Mənbə bildirir ki, bu, Müsavat Partiyasının ciddi narazılığına səbəb olub.

Mənbə onu da bildirir ki, Müsavat və Milli Şuranın birgə mitinq keçirmələri artıq sual altına düşüb.

Похожее изображение

Ə.Kərimlinin Müsavatla birgə mitinqə razılıq verməsinin səbəbi haqda da musavat.com-a məlumat daxil olub.

Məlumatda bildirilir ki, AXCP sədri bu ilin 31 yanvar günü M.Ə.Rəsulzadənin Novxanıdakı heykəlinin ziyarəti zamanı Müsavatın böyük kalonla iştirak etdiyini gördükdən sonra birgə mitinqə razılıq verib. Bildirilir ki, Ə.Kərimli Müsavatın bu gücündən birgə mitinqdə öz təbliğatı üçün istifadə etməyi düşünür.

Xatırladaq ki, Ə.Kərimli digər boykotçu təşkilatların birgə mitinq təklifinə birmənalı yox deyib. Səbəb odur ki, o, heç kimi özünə şərik etmək istəmir. “Gücünü” heç kimlə paylaşmağı düşünmür. İnsan resursu zəif olan təşkilatların yükünü daşımağı sevmir. Amma Müsavatın aksiyalara çox adam çıxara biləcəyini fərt etdiyi üçün bu partiya ilə ortaq mitinqə razılıq verib. Yəqin hər aksiyadan sonra onun yaxın ətrafı “o insanlar bizə görə meydana çıxmışdı” təbliğatı aparacaq.

Ə.Kərimli yaxın dəqiqələrdə facebook üzərindən canlı yayımda danışıb. O, martın 4-də Milli Şuranın mitinq keçirməsi üçün BŞİH-ə müraciət etdiklərini və rədd cavabı aldıqlarını bildirib. AXCP sədrinin tələm-tələsik bu məsələni ictimailəşdirməsi ifşa olunduğunun sübutudur. Müsavat partiyasındakı mənbə bir daha bildirir ki, onlar Ə.Kərimlinin mitnq fırıldağından bu gün xəbər tutublar.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.