Azərbaycan prezidentinin yeni səlahiyyəti müəyyənləşdi

Azərbaycan prezidentinin yeni səlahiyyəti müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan prezidentinin fərmanında əksini tapıb.

Beləliklə, bundan sonra Azərbaycan Respublikası Prezidentinin aktları ilə dövlət əmlakına münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, dövlət müəssisələrinin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması ilə bağlı digər hallar nəzərdə tutula bilər.

Müvafiq olaraq Azərbaycan prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” fərmanında da müvafiq dəyişikliklər edilib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.