“Exit-poll”un nəticələri açıqlandı: 82,71 faiz səslə İlham Əliyev liderdir

ELS Müstəqil Araşd­ırmalar Mərkəzi Pr­ezident seçkilərində ke­çirdiyi “exit-poll”un­ nəticələrini açıqlayıb.

Paytaxt.org xəbər verir ki, Mərkəzin rəhbəri İradə Yaqubova deyib ki, bu gün saat 08:00-dan başlayan “exit poll” saat 19:00-a qədər davam edib.

Onun sözlərinə görə, saat 19:00-a olan seçici fəallığı 68.7% təş­kil edib. “Exit-poll”­da iştirak edən seçicilərdən 82,71 faizi İlham Əliyevə səs verdiklərini bildiriblər.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Qüdrət Həsənquliyev 4.23%

Zahid Oruc 3.7%

Sərdar Cəlaloğlu 3.56%

Hafiz Hacıyev 2.01%

Araz Əlizadə 1.87%

Fərəc Quliyev 1.33%.

Razi Nurullayev 0.92 %

Qeyd edək ki, təşkilat səsvermə günü “exit­poll”u Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsinin 300 məntəqəsində keçirib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.