Hökümət hesabat hazırladı – Bu nazirlik və komitələr ləğv edilir, bəziləri birləşdirilir – RƏSMİ

Büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi  istiqamətində mütamadi olaraq işlər aparılır.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə həmçinin qeyd edilib ki, dövlət idarəetmə strukturlarının optimallaşdırılması, idarəetmədə  təkrarçılığın və paralelliyin aradan qaldırılması, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması, oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi, çoxpilləli idarəetmə quruluşunun  ləğv edilməsi, inzibati xərclərin azaldılması, bu sahədə dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədi ilə dövlət büdcəsi xərclərinin tərkibində idarəetmə xərclərinin  xüsusi çəkisinin azaldılması istiqamətində mütamadi olaraq işlər aparılır.

Son illərdə bir sıra nazirliklərin və komitələrinin, habelə, yerli icra orqanlarının sayının azaldılması, onların bəzilərinin ləğv edilməsi, təşkilati-hüquqi formasının dəyişdirilməsi, birləşdirilməsi həyata keçirilib.

Bundan əlavə, aparılan islahatlar sırasında iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına xidmət edən bir sıra digər tədbirlərin də icrası nəzərdə tutulur.

Nazirlər Kabinetinin hesabatı Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.//Modern.Az

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.