İlham Əliyev sərəncam imzaladı – 2019-cu il yanvarın 1-dən…
Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib.
Paytaxt.org bildirir ki, Xeberle.com-un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əlyevin bu gün imzaladığı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncamda əksini tapıb.
Qanuna əsasən, 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat dövlət rüsumu ödəniləcək.
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.