İqtidara növbəti xalq dəstəyi – İlham Əliyevə 7 illik etimadın yekunu – Təhlil

Respublikamız növbəti seçkilər ərəfəsindədir. Paytaxt.org fia.az-a istinadən bildirir ki, seçki kampaniyasına hələ start verilməsə də, artıq cəmiyyətimiz qarşıdan gələn bu seçkiyə köklənib. 

Xalqımız inkişafın, sabitliyin, yüksək sosial rifahın və güclü dövlətçiliyin tərəfdarıdır. Bütün bunlara nail olmaq isə son 15 ildə ölkədə həyata keçirilən siyasətin əsas prioritetləridir.

2004-cü ildən həyata keçirilən dövlət proqramlarının yekunlarının təhlili göstərir ki, qarşıya qoyulmuş vəzifələrin icrası nəticəsində Azərbaycan iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişafı təmin edilib, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib.

İslahatların, dövlət proqramlarının real nəticəsi olaraq Azərbaycanın dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri inkişaf edib və bütün bunlar paralel şəkildə vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərib.

Bu dövrdə milli iqtisadiyyat 14 il ərzində 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb.

Azərbaycan məqsədlərinə doğru inamla addımlayan, qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.

Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib.

Hər şeydən əvvəl yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, təxminən 10 dəfə azaldılması, 1 milyon 900 min yeni iş yerinin açılması nəticəsində işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər qeyd olunmalıdır.

Beləki, 2014-2015-ci illərdə dünyada baş verən iqtisadi proseslər ölkəmizdə qeyri-neft iqtisadiyyatının yeni mərhələdə inkişafını təmin etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edirdi.

Bu mənada son illərdə diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, bir çox ölkələr siyasi-iqtisadi böhranlardan hələ də xilas ola bilmədikləri vaxtda Azərbaycan dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri uğurla həyata keçirir. Artıq Azərbaycanda son iki ildə həyata keçirilən iqtisadi islahatlar real nəticələr verməkdədir.

Qısa müddət ərzində islahatların mühüm istiqamətlərindən olaraq respublikamızda məhsul istehsalı artıb.

Bu gün “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsulları Avropadan Çinə qədər ixrac olunur.

Ümumiyyətlə, hər bir cəmiyyətdə qazanılan nailiyyətlərdən söz açarkən ilk növbədə siyasi hakimiyyətin qarşısında duran vəzifələrin öhdəsindən necə gəlməsi və həyata keçirdiyi proqramların reallıqla nə cür səsləşməsi önə çəkilir.

O cümlədən ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyinin monolitliyi də uğurları şərtləndirən amillərdir.

Bu gün, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, bunun isə arxasında dayanan əsas faktor məhz xalq-iqtidar birliyidir. Əgər bu olmasa, hər hansı bir inkişafdan, tərəqqidən danışmaq olmaz.

Əldə olunan uğurlar göstərir ki, ölkədə həyata keçirilən siyasət hər bir sahədə böyük inkişafa yol açıb. Bu siyasət təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır.

Respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir.

Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir.

Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvü vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı demişdir:“Cənub qaz dəhlizi” layihəsi ölkəmizə yeni faydalar verir. Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib.

paytaxt.org

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.