Prezident İlham Əliyev Qüds üçün fövqəladə iclasa çağırıldı – VİDEO

İstanbulda Qüds başlığı altında iki əhəmiyyətli görüş keçiriləcək.Bu görüşlərdən biri İslam İşbirliyi Təşkilatının fövqəladə iclası, digəri isə Yenikapıdakı mitinqdir.

Türkiyədə ilk olaraq “Fələstin xalqına dəstək” mitinqi keçiriləcək. Sonra İslam İşbirliyi Təşkilatı Qüdslə bağlı toplaşacaq. Amerikanın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsiylə bağlı bir çox mesajlar veriləcək. Çoxlu sayda səlahiyyətli şəxslərin dəstək verdiyi mitinqə Fələstin lideri Mahmud Abbas da qatılacaq.

Ərdoğanın çağırışı ilə keçiriləcək İslam İşbirliyi Təşkilatının fövqəladə iclasına İordaniya kralı II Abdullah, İran lideri Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Təşkilatın üzvlərindən olan Səudiyyə Ərəbistanı və Misiri yenə nazirlər təmsil edəcək. Təşkilatın bəzi üzvlərinin də iclasa nümayəndələrini göndərəcəkləri bildirilir.

“A24.az” Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.