Türkiyə-Rusiya-İran formatı: Qarabağ üçün 2 şərt

Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu üç ölkənin hər biri ilə quru sərhədi var. Bu baxımdan Azərbaycan mövcud üçlü formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır.

Paytaxt.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Ankarada baş tutan Ərdoğan-Putin-Ruhani görüşünün Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini şərh edərkən deyib. O bildirib ki, onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir:

“Digər tərəfdən, Türkiyə və İran danışıqlar prosesindən kənarda qalmalarından narazıdırlar. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər”.

Politoloqun sözlərinə görə, yeni formatın Cənubi Qafqazda sülhün əldə olunmasına təsiri üçün iki şərt yerinə yetirilməlidir:

“Birincisi, Suriyada müharibə bitməli və davamlı sülh əldə olunmalıdır. Məhz bundan sonra Türkiyə-Rusiya-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərə bilər.

İkincisi, Rusiya üçlü formatın Dağlıq Qarabağ münaqişəsinin həlliylə məşğul olmasına razılıq verməlidir. Çünki Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını istəmir. Rusiya Ermənistanı yola gətirməlidir”.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.