Türkiyənin bayrağına Yunanıstanda od vuruldu – iki dövlət qarşı-qarşıya

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda türk bayrağının yandırılması ilə bağlı sərt mövqe nümayiş etdirib.Paytaxt.org bildirir ki, Oxu.Az-ın məlumatına görə, Türkiyə XİN bu hərəkəti şiddətlə qınadığını açıqlayıb:

“5 mart tarixində bir qrup irqçi partiya tərəfindən Yunanıstanın paytaxtı Afinada ölkəmiz əleyhinə keçirilən aksiya zamanı bayrağımızın yandırılmasını şiddətlə qınayırıq.

Bayrağımıza qarşı bu iyrənc hərəkəti həyata keçirən cinayətkarların tutulmalarını və ən qısa zamanda məhkəmə qarşısına çıxarılmalarını yunan orqanlarından gözləyirik”.

Nazirlik rəsmi saytında məsələ ilə bağlı açıqlama verərək Yunanıstan prezidenti Pavlopolosdan iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlıq naminə qarşı tərəfə hörmət edilməsini tələb edib:

“Prezident Prokopis Pavlopulosu beynəlxalq hüquqa və ölkəmizin sərhədlərinə hörmət etməyə, məqamına yaraşmayan, səbəbsiz yerə gərginliyə yol açacaq ritorikalardan imtina etməyə dəvət edirik”, – deyə XİN bildirib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.