Əyalət

İcra Hakimiyyəti binasının qarşısı itlərlə doludur - “İstirahət yerimizi itlər mənimsəyib”

post-img

Beyləqan rayonunun bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, küçə itləri həddindən artıq çoxaldığından, sakinlərin həyatı üçün təhlükə yaranıb, lakin bu məsələ rəsmi qurumları narahat etmir:

“Biz, Beyləqan sakinləri, yazaraq sizdən kömək istəyirik. Bizim problemimizi ictimailəşdirin, bəlkə küçə itləri üçün sığıncaq düzəldib, buradan yığıb aparalar.

Hava qaralanda qorxumuzdan evdən çıxa bilmirik. Gecələr daha da qorxulu mənzərə olur. Rayonun mərkəzi, İcra Hakimiyyəti binasının qarşısı itlərlə doludur. İstirahət yerimizi itlər mənimsəyib. Şəhid ailələri, bütün insanlar bura istirahətə, hava almağa gəlirdi. İndi heç kim həmin əraziyə gedə bilmir…

Bir iki gün öncə Sedmoy adlı kənddə uşağı it parçalayıb, vəziyyəti ağırdır. Göz yumaq ki, it bütün körpələrə, qocalara hücüm edib yaralasın?! Bunun bir yolu olmalıdır. Səlahiyyəti çatan qurumlardan xahiş edirik, bizə kömək edin”.

Oxşar xəbərlər