Impera

XƏBƏR LENTİ
02:23Bərdədə xaos - icra başçısının obyektləri, bağ evləri, imarətləri və imtina edilən şəhid anaları15:25Tanınmış həkim və ictimai xadim Rəşid Mahmudov reanimasiyaya yerləşdirildi15:20BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR16:14Hakim deyib ki, səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, ofsayddan çıx deyəndə, çıxarsan14:09Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...14:04“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI12:35SON DƏQİQƏ:: Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi00:14TƏCİLİ: İcra başçısının müavini vətəndaşları döyüb ağır xəsarətlər yetirdi - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ (VİDEO)00:09Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı - Yeni təyinat15:13Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK12:56AAF-nın prezidenti Qüdrət Nuriyevlə müsahibə12:51Öldürüb meyitini asdılar - Qarabağda erməni əsgərinin dəhşətli qətli12:49Sərkisyanın gizlədilən səfəri – Kremldəki görüşün pərdəarxası17:49DİN-dən əməliyyat - 102 nəfər saxlanıldı13:47Birinci xanım prezidentin xəyanətindən DANIŞDI - FOTO13:40AMEA-da kütləvi ixtisarlar başladı - Təfərrüat13:26İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var11:01ABŞ Türkiyənin sərhədləri yaxınlığında 4 il... - Ortalığı qarışdıracaq ŞOK İDDİA10:54Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olundu01:09DİM-ə və Təhsil Nazirliyinə ağır ittiham: Niyə şagirdlərin taleyi ilə oynanılır?18:58“Məzarı hazırladıq, gəlin...” – Ərdoğandan SƏRT BƏYANAT - VİDEO18:54Xalq artisti ilə Röyanın ilk dəfə intim görüntüləri yayıldı- O HƏR ŞEYİ ETİRAF ETDİ - FOTOLAR18:37DTX-nin tutduğu şantajçı jurnalistlər haqqında qərar verildi – hədə qorxu, rüşvət, intim və nələr...Video18:27Prezident tanınmış jurnalistlə bağlı göstəriş verdi10:49Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək10:47On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi - Əli Həsənov yazdı10:31Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı13:54BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətin görüntüləri yayıldı - VİDEO13:51Korrupsaner Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir - daha bir məmur Eldar Əzizovun hədəfində12:53SOS: Uşaqları oğurlayan, orqan mafiyası ilə məşğul olan qadının FOTOSU YAYILDI00:16Lənkaran icra başçısı Taleh Qaraşovdan şəhidə hörmətsizlik: Yasına getmədi, köməklik belə etmədi, anasını tək qoydu - Rəzalət!!!21:37ADPU-NUN AĞCABƏDI FILIALINDA KORRUPSIYA - Tahir Kərimliyə Mətanət Fərzəliyeva hansı səbəbdən xüsusi önəm verir21:30SON DƏQİQƏ: Hacı Mazan saxlanıldı və... - iş adamının ölkədən çıxışına qadağa qoyuldu21:20Bakı gömrüyü rəisi Kənan Məmmədov Prezidentə qarşı - KARANDAŞ ƏMƏLİYYATININ ŞOK GİZLİNLƏRİ20:29İlham Əliyevdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM20:25Prezident 4 sərəncam, 1 fərman imzaladı14:02Saxta cərəncam və qərarlar - Ceyranbatan bələdiyyə sədri bu qanunsuzluqları icra hakimiyyətinə bağlayır12:58Taksi sürücüləri ilə polis arasında əlbəyaxa dava – Saxlanılanlar var – Fotolar12:53Sərkisyana xəyanət edən partiyası Paşinyanın tərəfinə keçdilər12:43DİN əməliyyat keçirdi: 36 həbs edildi12:41Almaniyadan hökuməti: Dağlıq Qarabağ və 7 rayon Azərbaycan ərazisidir12:24İcra başçısının ətrafında həbslər başlatıldı - Qanunsuz tikililərə görə saxlanılanlar var02:26SOS: OVÇULAR, FLAQMAN, ROSKO kolbasalarında dəhşətli xəstəliklər aşkarlandı – Video01:52Azərbaycan 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi - İrəvan təşvişdə - VİDEO01:45"Bunu edənlərin vicdanı, imanı yoxdur" - İlham Əliyevdən məcburi köçkünlərlə bağlı mühüm qərar01:43Nazir İlham Əliyevdən kömək istədi: "Dəstəyinizə ehtiyacım var"14:51Həbsdə olan Baş redaktorun atası Prezidentə müraciət etdi-oğlumu şərləyərək həbs etdirdilər14:28Saxta diplomlu, fərari RİH müavini Rövşən Əhmədovun Ağcabədidəki fəlakəti - narazılıq13:40İran hökümətindən azərbaycanlı Zəhrəya biabırçı höküm - zorlanıb edam olunsun12:54Tanınmış vəkil və sabiq millət vəkili arasında təhqiramiz qovğa - skrinşotlar12:47Lotu Quli Türkiyədə həbs edildi - yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək (rəsmi)12:27Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı12:24Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibə12:22Cənubi Azərbaycanı tətillər bürüdü – Hakimiyyət ÇARƏSİZDİR12:19Lotu Quli Rusiyadan bu qədər XƏRAC ALIRMIŞ: Səlifovun sensasiyalı ƏMRLƏRİ ÜZƏ ÇIXDI12:16İlham Əliyev nazirləri topladı17:48Xırdalanda yol çökdü - Yük maşını çuxura düşdü (dəhşətli anlar)16:44Apokalipsisə HAZIRLIQ? - Rusiya ilə müharibə SƏHNƏLƏŞDİRİLİR16:41Putindən ŞOK ADDIM: bunun üçün ordunu İrəvana YERİDƏCƏK - Qriqoryan AÇIQLADI12:07Dünyanın ən güclü hava qüvvələri: Ordumuz... - Siyahı11:24Oğlu polis bıçaqlayan Beyləqan təhsil şefinin 25 minlik şok əməliyyatı – İttihamlar/siyahı11:19Şəhid qardaşı Bərdədə ərşə qalxan zülmü canlı yayıma çıxardı: “ Cənab prezident, Vidadi İsayev qanımızı içir"11:03Millimizə çağırılması gözlənilən futbolçu "Barselona"da15:45İlhamə Quliyevanın oğlu həbs edildi - EKSKLÜZİV15:38İlham Əliyev sərəncam imzaladı15:34Daha bir vəzifəli şəxs işdən çıxarıldı15:27Daşnaklar 100 ildir qurduqları “İŞĞAL PLANI”na başladı - İrəvandan ŞOK ADDIM13:50"Azərsu” əhaliyə çirkli su içirdir - Hesablama Palatasından ŞOK HESABAT13:46İşğalçı ölkə Naxçıvana HÜCUMA HAZIRLAŞIR - Erməni müdafiə naziri təcili sərhədə gəldi19:13RƏSMİ: Prezident icra başçısını vəzifəsindən azad etdi18:55“SOCAR Polymer”in Polipropilen Zavodu ixraca başlayır18:50"SOCAR Polymer"in məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracını 16% artıracaq11:43Gülağa Tənha ilə həbisdə olan şəriki arasında 19 milyonluq MTN işi…11:36Malik Həsənov mandatdan məhrum edilə bilər:Eldar Mahmudov faktoru və MTN əlaqələrinin ŞOK GİZLİNLƏRİ11:20Milli Məclis toplanır-Bu qanunlar müzakirə olunacaq19:03ERMƏNİSTANDA MƏXMƏRİ İNQİLABIN İKİNCİ DALĞASI… –Seçkiləri dekabra çəkmək istəyi Paşinyana uğur gətirəcək? - TƏHLİL19:00AXCP və Müsavat “Qarabağ mitinqi”nə niyə qatılmadı? - İfşaedici faktlar18:57SƏRƏNCAM: Prezident təhsil işçilərini təltif etdi - SİYAHI15:44Qafqaz qarışdı: xalq küçələrə çıxdı, ağır yaralılar var - Video15:24Bərdə Arxiv idarəsinin rəisi Əsgər Rəsulov rüşvətə bulaşıb - müraciət13:09Şairə Ziba Hüseynova: Əlləyirsən sən, ay molla — +18 şeir10:50"Qalatasaray" səfərdə "Porto"ya məğlub oldu - VİDEO10:42Paşinyan parlamentdə Azərbaycanla əlaqələrdən danışdı – “Son dövrlər...”10:40Qızına yarım milyonluq toy edən, kürəkəninə 250 minə "Porşe" alan MƏMUR İŞDƏN QOVULDU10:36Bu məmurlarla bağlı qərar verildi - "Qaçqınkom" sədri və nazir müavinlərinə yeni vəzifə + SİYAHI10:31DİN-dən əməliyyat - 49 nəfər saxlanıldı22:37Hərbi çevriliş - Sərkisyan və Köçəryanın B planı11:14Şəmkirdə “namus keşikçiləri” həbs edildi — Ərləri Rusiyada olan qadınları “qoruyurmuşlar”11:11“Paşinyanı satdılar” – Moskva qiyamçı baş naziri təklədi11:09Azərbaycanda vəzifəli şəxslər güllələndi - TƏCİLİ11:07Ermənistanda 6 naziri istefaya göndərildi21:34Məktəblərdə pul yığılır? - Bu nömrəyə zəng edin21:18“Həkimlər xəstələrdən “intiqam” alır” - Azərbaycanda xərçəngin sürətlə yayılmasının acı səbəbləri açıqlanır - MÜSAHİBƏ21:13Gəncə Dövlət Universitetinin keçmişini unudan ŞƏR MAŞINI kimlərə xidmət edir?20:16Rusiyada müharibə həyacanı: Nüvə poliqonları DÖYÜŞ HAZIRLIĞINA GƏTİRİLDİ - SON DƏQİQƏ20:1311 min əhaliyə ŞAD XƏBƏR - İlham Əliyev sərəncam imzaladı20:12Ssenarini başdan yazacaq GİZLİ GÖRÜŞ, yeni MÜHARİBƏ MEYDANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ20:07ABŞ Rusiyaya MEYDAN OXUDU: “Məhv edəcəyik!”20:02DGK-nın inspektoru və post rəisi qaçaqmalçılığa görə işdən qovuldu11:05AZAL-ın tenderlərini kimlər udur? – Şirkətlər, Siyahı
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ziya Məmmədovun qürubunun şok sirləri - həbs...

18 apr 2017, 10:21   
Ziya Məmmədovun qürubunun şok sirləri - həbs...

















ABŞ prezidentinin Bakıdakı “ortaqları” gülünc durumda...; İqtidarda etibarını itirən sabiq nazir və oğlunun Trampla bağlı yanlış piarı onların sonunu tezləşdirdi; amma hakimiyyətin onlarla yollarını birdəfəlik ayırmasının başqa səbəbləri də var; oğlu niyə üzə çıxmır?

Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov mediaya “daha sıravi vətəndaşam”, “dincəlirəm” kimi açıqlamalar verdikdən sonra bir müddətdir ki, səs-səmiri çıxmır. İşdən azad olunduqdan sonra guya yenidən hansısa vəzifələrə təyin ediləcəyi barədə Məmmədovların mediaya sızdırdıqları xəbərlər də təsdiqlənmədi.

Əksinə, indi gələn xəbərlərdən məlum olur ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri, hətta “topdağıtmaz” “Garant” Holdinqi belə itirmək təhlükəsi ilə üzləşiblər.

Məlumdur ki, Z.Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi “Garant” Holdinq “PAŞA Bank” ASC-dən götürdüyü 1 milyon 141 min manat borca görə məhkəməyə çəkilib; oğul Məmmədovun bir neçə əmlakına, o cümlədən “Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsindəki mülklərinə həbs qoyulmuşdu. Sabiq nazir “bu işdən xəbərsizəm” desə də, mülklərə həbs xəbərləri təsdiqləndi. O da məlum oldu ki, hazırda Londonda yaşayan və Bakıya hansısa səbəblərdən gələ bilməyən A.Məmmədov banka borcu ödəyib.

Əlbəttə ki, 15 il nazir işləmiş Z.Məmmədov və vaxtilə hüdudsuz imkanlara malik oğlu A.Məmmədov üçün 1 milyon “tum pulu” hesab oluna bilər. Təsadüfi deyil ki, Bakıdakı işlərini buraxan A.Məmmədovun Londonda dəyəri milyonlarla dollar olan mənzil alması barədə xəbərlər hələ Z.Məmmədov vəzifədə işləyərkən yayılmışdı.

Tanınmış hüquqşünaslardan biri iddia edirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də A.Məmmədovdur. Təxminən 1.7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə isə mənzillərin kvadrat metri 100 min dollardan başlayır...

Amma yeni xəbərlər o istiqamətdədir ki, Məmmədovlar ölkədən çıxmaq və ya kredit götürdükləri pulu qaytarmaqla qurtulmuş hesab oluna bilməzlər. Xəbərlər var ki, Məmmədovlar hələ 3 il əvvəldən açılışı olmalı Heydər Əliyev Mərkəzi yaxınlığındakı “yelkən-hotel”i belə itirmək ərəfəsindədirlər.

A.Məmmədovun hakimiyyətin gözündən düşməsi məlum idi, onun ABŞ-dakı lobbi təşkilatında (Amerika-Azərbaycan Alyansı) külli miqdarda maliyyə maxinasiyasına yol verdiyini Amerika qəzetləri də yazmışdı. Bakıda Azərbaycan Qolf Federasiyası prezidentliyindən uzaqlaşdırılan A.Məmmədov Donald Trampın prezident seçilməsi ilə “dirçəldi”.

O, mediada Trampla yaxınlığı barədə piar-kampaniyaya start verdi. Belə rəy yaradıldı ki, Məmmədovlarsız Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq mümkün olmayacaq. Bu təbliğata hələ o vaxt nazir işləyən Z.Məmmədov da şəxsən qoşuldu, “Trampla işbirliyimiz var” dedi.
Amma bu yanlış piar Məmmədovların sonunu tezləşdirdi, hakimiyyət onlara “boy göstərən” Məmmədovlarla yollarını birdəfəlik ayırmağa qərar verdi.

Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı “qeyri- səmimi” mövqeyinə görə də cəzalandırıla bilər. Məsələn, onun “vurulmasında” baş nazirin keçmiş birinci müavini, Azərbaycan iqtidarına xəyanət etmiş Abbas Abbasovla əlaqəsi də ciddi rol oynadığı deyilir. Bildirilir ki, A.Abbasov hakimiyyətlə körpüləri yandırsa da, Z.Məmmədovla müəmmalı təmasları son aylaradək davam edirmiş. Onların telefon əlaqəsi deşifrə olunduqdan sonra Z.Məmmədov bu təmasların səbəblərini izah edə bilməyibmiş. Xatırladaq ki, son aylar A.Abbasovun yenidən fəallaşması və Bakıya qarşı Kremlin daha bir planında yer alması xəbərləri yayılıb.

Fəqət bu da son deyil. İddialar var ki, Məmmədovların həbs təhlükəsi də realdır. Buna səbəb isə amerikalı senatorların “Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlarla işbirliyinin şübhəli məqamları barədə araşdırma tələb etməsidir.

ABŞ mətbuatında da ötən ay bu haqda yazılar dərc olunub. Təfərrüata varmadan qeyd edək ki, yazıda Məmmədovlara o qədər ciddi ittiham var ki, bunları hakimiyyət araşdırarsa, onların qapıları uzun müddətə arxadan bağlanmış olar...
Ziya Məmmədovun qürubunun şok sirləri
Etibarlı mənbənin bir xəbərinə görə isə Məmmədovlar Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədirlər. “Onlar indən sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anlayıblar” deyə, mənbə bildirib. Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Nazir vəzifədən çıxarılmazdan əvvəl də onun ən sərt tənqidçilərindən olan partiya sədri Hafiz Hacıyev Z.Məmmədovun Bakıda və Bakı ətrafında 2 milyarda yaxın dəyəri olan daşınmaz əmlakı olduğunu iddia edir. Maraqlıdır ki, Məmmədovlar nəslinin digər nümayəndələrinə xüsusi bir qərəzli münasibət yoxdur, onlar öz həyatlarını və biznes fəaliyyətlərini davam etdirirlər...

Z.Məmmədov ilginc xəbərlərlə bağlı telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq.
OXŞAR MÖVZULAR