Impera

XƏBƏR LENTİ
18:56DTX əməliyyat keçirdi: Xarici casus həbs edildi (FOTO)17:56İŞİD 700 nəfəri əsir götürüb, içlərində ABŞ vətəndaşları da var - PUTİN AÇIQLADI16:54Abşeron işıq idarəsindən müdhiş DƏLƏDUZLUQ - 50 qəpik əməliyyatı16:20Cəlilabadda məmur içkili halda maşını aşırdı, ÖZÜ ÖLDÜ02:23Bərdədə xaos - icra başçısının obyektləri, bağ evləri, imarətləri və imtina edilən şəhid anaları15:25Tanınmış həkim və ictimai xadim Rəşid Mahmudov reanimasiyaya yerləşdirildi15:20BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR16:14Hakim deyib ki, səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, ofsayddan çıx deyəndə, çıxarsan14:09Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...14:04“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI12:35SON DƏQİQƏ:: Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi00:14TƏCİLİ: İcra başçısının müavini vətəndaşları döyüb ağır xəsarətlər yetirdi - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ (VİDEO)00:09Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı - Yeni təyinat15:13Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK12:56AAF-nın prezidenti Qüdrət Nuriyevlə müsahibə12:51Öldürüb meyitini asdılar - Qarabağda erməni əsgərinin dəhşətli qətli12:49Sərkisyanın gizlədilən səfəri – Kremldəki görüşün pərdəarxası17:49DİN-dən əməliyyat - 102 nəfər saxlanıldı13:47Birinci xanım prezidentin xəyanətindən DANIŞDI - FOTO13:40AMEA-da kütləvi ixtisarlar başladı - Təfərrüat13:26İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var11:01ABŞ Türkiyənin sərhədləri yaxınlığında 4 il... - Ortalığı qarışdıracaq ŞOK İDDİA10:54Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olundu01:09DİM-ə və Təhsil Nazirliyinə ağır ittiham: Niyə şagirdlərin taleyi ilə oynanılır?18:58“Məzarı hazırladıq, gəlin...” – Ərdoğandan SƏRT BƏYANAT - VİDEO18:54Xalq artisti ilə Röyanın ilk dəfə intim görüntüləri yayıldı- O HƏR ŞEYİ ETİRAF ETDİ - FOTOLAR18:37DTX-nin tutduğu şantajçı jurnalistlər haqqında qərar verildi – hədə qorxu, rüşvət, intim və nələr...Video18:27Prezident tanınmış jurnalistlə bağlı göstəriş verdi10:49Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək10:47On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi - Əli Həsənov yazdı10:31Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı13:54BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətin görüntüləri yayıldı - VİDEO13:51Korrupsaner Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir - daha bir məmur Eldar Əzizovun hədəfində12:53SOS: Uşaqları oğurlayan, orqan mafiyası ilə məşğul olan qadının FOTOSU YAYILDI00:16Lənkaran icra başçısı Taleh Qaraşovdan şəhidə hörmətsizlik: Yasına getmədi, köməklik belə etmədi, anasını tək qoydu - Rəzalət!!!21:37ADPU-NUN AĞCABƏDI FILIALINDA KORRUPSIYA - Tahir Kərimliyə Mətanət Fərzəliyeva hansı səbəbdən xüsusi önəm verir21:30SON DƏQİQƏ: Hacı Mazan saxlanıldı və... - iş adamının ölkədən çıxışına qadağa qoyuldu21:20Bakı gömrüyü rəisi Kənan Məmmədov Prezidentə qarşı - KARANDAŞ ƏMƏLİYYATININ ŞOK GİZLİNLƏRİ20:29İlham Əliyevdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM20:25Prezident 4 sərəncam, 1 fərman imzaladı14:02Saxta cərəncam və qərarlar - Ceyranbatan bələdiyyə sədri bu qanunsuzluqları icra hakimiyyətinə bağlayır12:58Taksi sürücüləri ilə polis arasında əlbəyaxa dava – Saxlanılanlar var – Fotolar12:53Sərkisyana xəyanət edən partiyası Paşinyanın tərəfinə keçdilər12:43DİN əməliyyat keçirdi: 36 həbs edildi12:41Almaniyadan hökuməti: Dağlıq Qarabağ və 7 rayon Azərbaycan ərazisidir12:24İcra başçısının ətrafında həbslər başlatıldı - Qanunsuz tikililərə görə saxlanılanlar var02:26SOS: OVÇULAR, FLAQMAN, ROSKO kolbasalarında dəhşətli xəstəliklər aşkarlandı – Video01:52Azərbaycan 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi - İrəvan təşvişdə - VİDEO01:45"Bunu edənlərin vicdanı, imanı yoxdur" - İlham Əliyevdən məcburi köçkünlərlə bağlı mühüm qərar01:43Nazir İlham Əliyevdən kömək istədi: "Dəstəyinizə ehtiyacım var"14:51Həbsdə olan Baş redaktorun atası Prezidentə müraciət etdi-oğlumu şərləyərək həbs etdirdilər14:28Saxta diplomlu, fərari RİH müavini Rövşən Əhmədovun Ağcabədidəki fəlakəti - narazılıq13:40İran hökümətindən azərbaycanlı Zəhrəya biabırçı höküm - zorlanıb edam olunsun12:54Tanınmış vəkil və sabiq millət vəkili arasında təhqiramiz qovğa - skrinşotlar12:47Lotu Quli Türkiyədə həbs edildi - yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək (rəsmi)12:27Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı12:24Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibə12:22Cənubi Azərbaycanı tətillər bürüdü – Hakimiyyət ÇARƏSİZDİR12:19Lotu Quli Rusiyadan bu qədər XƏRAC ALIRMIŞ: Səlifovun sensasiyalı ƏMRLƏRİ ÜZƏ ÇIXDI12:16İlham Əliyev nazirləri topladı17:48Xırdalanda yol çökdü - Yük maşını çuxura düşdü (dəhşətli anlar)16:44Apokalipsisə HAZIRLIQ? - Rusiya ilə müharibə SƏHNƏLƏŞDİRİLİR16:41Putindən ŞOK ADDIM: bunun üçün ordunu İrəvana YERİDƏCƏK - Qriqoryan AÇIQLADI12:07Dünyanın ən güclü hava qüvvələri: Ordumuz... - Siyahı11:24Oğlu polis bıçaqlayan Beyləqan təhsil şefinin 25 minlik şok əməliyyatı – İttihamlar/siyahı11:19Şəhid qardaşı Bərdədə ərşə qalxan zülmü canlı yayıma çıxardı: “ Cənab prezident, Vidadi İsayev qanımızı içir"11:03Millimizə çağırılması gözlənilən futbolçu "Barselona"da15:45İlhamə Quliyevanın oğlu həbs edildi - EKSKLÜZİV15:38İlham Əliyev sərəncam imzaladı15:34Daha bir vəzifəli şəxs işdən çıxarıldı15:27Daşnaklar 100 ildir qurduqları “İŞĞAL PLANI”na başladı - İrəvandan ŞOK ADDIM13:50"Azərsu” əhaliyə çirkli su içirdir - Hesablama Palatasından ŞOK HESABAT13:46İşğalçı ölkə Naxçıvana HÜCUMA HAZIRLAŞIR - Erməni müdafiə naziri təcili sərhədə gəldi19:13RƏSMİ: Prezident icra başçısını vəzifəsindən azad etdi18:55“SOCAR Polymer”in Polipropilen Zavodu ixraca başlayır18:50"SOCAR Polymer"in məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracını 16% artıracaq11:43Gülağa Tənha ilə həbisdə olan şəriki arasında 19 milyonluq MTN işi…11:36Malik Həsənov mandatdan məhrum edilə bilər:Eldar Mahmudov faktoru və MTN əlaqələrinin ŞOK GİZLİNLƏRİ11:20Milli Məclis toplanır-Bu qanunlar müzakirə olunacaq19:03ERMƏNİSTANDA MƏXMƏRİ İNQİLABIN İKİNCİ DALĞASI… –Seçkiləri dekabra çəkmək istəyi Paşinyana uğur gətirəcək? - TƏHLİL19:00AXCP və Müsavat “Qarabağ mitinqi”nə niyə qatılmadı? - İfşaedici faktlar18:57SƏRƏNCAM: Prezident təhsil işçilərini təltif etdi - SİYAHI15:44Qafqaz qarışdı: xalq küçələrə çıxdı, ağır yaralılar var - Video15:24Bərdə Arxiv idarəsinin rəisi Əsgər Rəsulov rüşvətə bulaşıb - müraciət13:09Şairə Ziba Hüseynova: Əlləyirsən sən, ay molla — +18 şeir10:50"Qalatasaray" səfərdə "Porto"ya məğlub oldu - VİDEO10:42Paşinyan parlamentdə Azərbaycanla əlaqələrdən danışdı – “Son dövrlər...”10:40Qızına yarım milyonluq toy edən, kürəkəninə 250 minə "Porşe" alan MƏMUR İŞDƏN QOVULDU10:36Bu məmurlarla bağlı qərar verildi - "Qaçqınkom" sədri və nazir müavinlərinə yeni vəzifə + SİYAHI10:31DİN-dən əməliyyat - 49 nəfər saxlanıldı22:37Hərbi çevriliş - Sərkisyan və Köçəryanın B planı11:14Şəmkirdə “namus keşikçiləri” həbs edildi — Ərləri Rusiyada olan qadınları “qoruyurmuşlar”11:11“Paşinyanı satdılar” – Moskva qiyamçı baş naziri təklədi11:09Azərbaycanda vəzifəli şəxslər güllələndi - TƏCİLİ11:07Ermənistanda 6 naziri istefaya göndərildi21:34Məktəblərdə pul yığılır? - Bu nömrəyə zəng edin21:18“Həkimlər xəstələrdən “intiqam” alır” - Azərbaycanda xərçəngin sürətlə yayılmasının acı səbəbləri açıqlanır - MÜSAHİBƏ21:13Gəncə Dövlət Universitetinin keçmişini unudan ŞƏR MAŞINI kimlərə xidmət edir?20:16Rusiyada müharibə həyacanı: Nüvə poliqonları DÖYÜŞ HAZIRLIĞINA GƏTİRİLDİ - SON DƏQİQƏ20:1311 min əhaliyə ŞAD XƏBƏR - İlham Əliyev sərəncam imzaladı
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Mahir Quliyevin 6 ilində Biləsuvar: - beləsi yox…

24 apr 2017, 13:33   
Mahir Quliyevin 6 ilində Biləsuvar: - beləsi yox…
















Ölkəmizin zəngin tarixi keçmişi olan ərazilərdən sayılan Biləsuvar rayonunda çox ciddi problemlər hökm sürməkdədir. Qeyd edək ki, rayonda cərəyan edən neqativ hadisələr, icra hakimiyyətinin başçısı Mahir Quliyevin və digər yerli məmurların törətdikləri özbaşınalıqlar haqqında məsələlər tez-tez mətbuatın gündəminə gəlir. Amma bütün tənqidlərə rəğmən, nə rayon rəhbəri, nə də digər yerli idarələrin rəsmi şəxsləri işlərindəki nöqsanlara son qoyurlar.
Məlumatınız olsun ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. O 2000-ci ildə Bakı şəhərində “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. Başqa sözlə desək, Mahir müəllim 42 yaşında universitet məzunu olub. Onun bu ali təhsil ocağına hansı yolla qəbul edilməsi və universiteti necə bitirməsi tamamilə başqa yazının mövzusudur, ki, bu barədə gələn saylarımızda sensasion faktları diqqətinizə çatdıracağıq. Amma iki gün sonra Mahir Quliyevin Biləsuvar rayon icra başçısı təyin olunmasınından 6 il keçir. Ötən altı ildə Biləsuvar rayonunun sosial-iqtisadi durumu ilə bağlı mediada yazılanları, rayon sakinlərinin şikayətlərini cumhuriyyet.az olaraq ümumiləşdirərək diqqətinizə çatdırırıq.
İlk öncə onu bildirək ki, əksər yazılarda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin fəaliyyətindən doğan ciddi narazılıqlar öz əksini tapmaqdadır. Əksər mənbələrin iddiasına görə, bu gün icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib. Mediada əks olunan yazılara əsasən cumhuriyyet.az olaraq bildirək ki bu gün Biləsuvarda müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda Mahir Quliyevin təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, dərhal icra başçısı və ya onun yaxınları tərəfindən nəzarətə götürülür. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. Bu xüsusda redaksiyamıza təqdim olunan bəzi məlumatlarda, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonda açıq-aşkar dövlət siyasətinə qarşı addımlar atmaqda ittiham olunur. Hətta bəzi mənbələrin iddialarına görə, icra başçısı ölkə prezidentinin müvafiq göstərişlərinə zidd hərəkət edərək, rayonda sosial gərginliyin əmələ gəlməsinə şərait yaradır. Daxil olan məlumatlarda vurğulanır ki, bu gün Biləsuvarın iqtisadiyyatında elə bir sahə tapmaq mümkün deyil ki, həmin sahə Mahir Quliyevin “maraq dairəsinə” daxil olmasın. İcra başçısı rəhbərlik etdiyi rayonda bütün sahələrdə biznes şəbəkəsi formalaşdırmışdır.
Digər tərəfdən isə bəzi mənbələr Biləsuvar rayonunda dövlət tərəfindən ayrılan sosial yardımların da yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılıb onlarla yarı bölündüyünü vurğulayırlar. Həmçinin rayon camaatının torpaq problemi də var. Əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkirlər. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə, yaxına belə buraxmırlar. Daxil olan məlumatlarda bildirilir ki, Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektardan çox torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.
Başqa bir məlumatda isə bildirilir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur. Mənbənin bildirdiyinə görə icra başçısı Mahir Quliyev rayona ayrılan büdcə pullarının talan edilməsində addımbaşı ittiham olunur.
Daxil olan məlumatlarda müxtəlif səpgili şikayətlər əks olunsa da, ümumi bir fikir bundan ibarətdir ki, rayon rəhbərliyinin yarıtmaz fəaliyyəti bu gün Biləsuvarı Azərbaycanın az qala ən geridə qalmış bölgəsinə çevirib. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, əgər Mahir Quliyev bir-iki il də vəzifədə qalarsa, o zaman Biləsuvarda ümumiyyətlə yaşayış mümkünsüz bir həddə çata bilər. Elə biləsuvarlılar da bunu bildiklərindən indidən həyəcan təbili çalaraq, dövlət başçısı İlham Əliyevdən yardım istəyirlər.
Rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, İranla sərhəddə yerləşən Biləsuvarda icra başçısının fəaliyyətsizliyi yerli camaatı cana doydurub: “Son 6 il ərzində yaxşı güzəranın nə olduğunu bilmirik. İcra başçısı müxtəlif bəhanələrlə sakinləri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanları incidir. Bu gün Biləsuvar Azərbaycanın ən geridə qalmış rayonlarından biri hesab edilə bilər. Bunun səbəbkarı Mahir Quliyev və onun ətrafında cəmləşən bəzi yerli məmurlardır. İcra başçısı vaxtının çox hissəsini paytaxtda keçirir. Bunun səbəbini ondan soruşmaq lazımdır. Onu rayonda tapmaq, qəbuluna düşmək çox müşkül məsələdir. Əhali sosial problemlərin içində itib-batır, amma başçı öz hayındadır. Ötən 6 il ərzində cənab prezident Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə bir neçə sərəncam imzalayıb və dövlət büdcəsindən milyonlar ayrılıb. Təəssüf ki, həmin vəsaitlərin istifadə olunması zamanı şəffaflığa riayət olunmayıb.
Bu səbəbdən də rayonun mərkəzindən keçən və Bakı-Astara şosesinin əsas qollarından biri sayılan Heydər Əliyev küçəsi bərbad haldadır. Bazarın qarşısından uzanan yoldan maşınla keçmək mümkün deyil. Sürücülərin şikayətini isə dinləyən tapılmır. Biləsuvar-Bəhramtəpə yolu da istifadəyə yararsız vəziyyətdədir. Buna səbəb kanalizasiya çəkilişi üçün bir müddət əvvəl başlanan, amma tamamlanmayan işlərdir. Kanalizasiya üçün qazılan quyular elə o vəziyyətdə də qalıb. Kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb və bərbad vəziyyətdə də saxlanılıb. Ayrılan vəsaiti göyə sovurublar, indi də belə durum meydana çıxıb. Əcnəbi mühəndislər kanalizasiya çəkilişi üçün görülən işlərin səhv aparıldığını demişdilər. Lakin buna məhəl qoyulmadı. İşlərə eyni metodlarla davam etdilər. Yayda toz-torpaq, qışda da palçıq əlindən bezmişik. Yolların dağınıq vəziyyətdə olması avtomobilləri də sıradan çıxarır”. Narazı sakinlər bildirir ki, icra başçısının qanunsuz əməlləri torpaqla bağlı da bir sıra problemlərin əmələ gəlməsinə zəmin yaradıb: “Belə ki, əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkir. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə yaxına belə buraxmırlar. Bu adam başçı təyin olunandan sonra rayonda özü üçün hektarla torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı, müavinləri və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. Əhali dolanışıq üçün ticarətə baş vurub. Elə bu səbəbdən rayondakı mədəniyyət obyektlərinin yerində ticarət mərkəzləri tikilib. Vaxtilə Muğam Teatrı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində isə mağaza tikiblər. Bundan böyük qanunsuzluq ola bilər?”.
Mahir Quliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri incitdiyini deyən mənbə vurğuladı ki, rayon rəhbəri həmin insanları başqa-başqa işlərə cəlb edir: “Rayonun bəzi hissələrinin abadlaşması işində yerli iş adamlarının köməyindən istifadə olunur. Sahibkarlar bu işi könüllü şəkildə yox, məcburiyyət qarşısında həyata keçirirlər. Rayon rəhbərliyi hər bir sahibkara müəyyyən işlər tapşırır. Kim bu tapşırıqları yerinə yetirməkdən imtina edirsə, ona qarşı təzyiq üsullarından istifadə olunur. İcra hakiminin özbaşına əməllərinə etiraz edən bəzi şəxslər obyektlərini bağlayıb rayonu tərk ediblər. Başçı rayonda sahibkarlığın inkişafına ciddi əngəl yaradır. Cənab prezident dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə sahibkarların fəaliyyətinə kənar müdaxilə etməmələrini tapşırsa da, Biləsuvarın icra başçısına sanki aidiyyəti yoxdur. O öz bildiyini edir. Hazırda rayonun təhsili və səhiyyəsi də məhv olmuş vəziyyətdədir. Təhsil sahəsi başçı üçün ən gəlirli sahə hesab olunur. Belə ki, rayon rəhbəri təhsil şöbəsinin müdiri ilə birlikdə dövlət vəsaitlərini küləyə sovurmaqla məşğuldur. Məktəblərdə şagirdlərə əlavə məşğələlər keçirilməsi adı altında büdcədən vəsait ayrılır. Halbuki nə belə bir məşğələ var, nə də ki, o məşğələyə gələn.
OXŞAR MÖVZULAR