Gündəm

Paşinyan əmr verdi, Ermənistan ordusu hərəkətə keçdi – “Unudulmaz cavab…”

post-img

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 5-i və 6-sı Ordumuzun müxtəlif istiqamətlərdə (Tovuz, Daşkəsən, Kəlbəcər, Laçın) yerləşən mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Bu təxribatların Ermənistan-Aİ-ABŞ rəsmilərinin Brüssel görüşündən sonra baş verməsi diqqət çəkir.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistan Brüssel görüşündən əvvəl Azərbaycana qarşı aqressiv fəaliyyətlərinə start vermişdi:

“Brüssel görüşü Ermənistanı bir qədər də cəsarətləndirdi. Rəsmi İrəvan Bakıya qarşı təxribatlarını intensiv formada genişləndirməkdə davam edir. Proseslərin bu istiqamətdə inkişafı Azərbaycanın səbrini tükəndirməyə hesablanıb. Görünür, fərarilər ordusuna malik Ermənistan yeni macəralar axtarır. Ordumuz İrəvanı bu təxribatlara görə daha sərt şəkildə cəzalandırmaq imkanlarına malikdir”.


Hərbi ekspert qeyd edib ki, təqdim olunan görüntülərdən Ermənistan ordusunun fəaliyyəti və manevrlərinin Azərbaycan Ordusunun nəzarəti altında olduğu ortaya çıxır:

“Ermənistan Azərbaycanın səbir kasasını daşırmaq üzrədir. Bu təxribatlar davam edərsə, Ordumuz düşmənin layiqli cavabını verəcək və bu da İrəvan üçün unudulmaz olacaq”.

Oxşar xəbərlər