Siyasət

Çetyu Miller: “ABŞ Bakı-İrəvan dialoqunda istənilən iştiraka hazırdır”

post-img

“ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamağa hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ bu problemi həll etməyin yolunun danışıqlar masasında olduğunu açıq şəkildə bildirib.

“Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Azərbaycan və Ermənistan liderləri ilə danışanda açıq şəkildə bildirdi ki, onlar arasında dialoq olmalıdır. Biz bu dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamağa hazırıq. Amma qarşıdan gələn konkret görüşləri açıqlamaq istəmirəm”, - deyə Miller əlavə edib.

Oxşar xəbərlər