Impera

XƏBƏR LENTİ
10:46Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilir - VİDEO10:38KTMT-yə sədrlik Ermənistandan alınır – Xaçaturova qapı göstərildi14:17Mülkləri Çexiyadan Dubaya, Cəlilabaddan Bakıya qədər uzanan biznesmen deputata seçki EMBARQOSU - bele deyirler13:10NBC bankın sahibi Nuru Əliyevlə, Həmid Mirzəyevin bahalı maşınları və dəbdəbəli həyatı13:02Şəki İH-dən ölkənin Birinci vitse-prezdentinin göstərişinə biganəlik - şikayət12:10İran millət vəkili Tehranda “Azərbaycan” şeirini səsləndirdi – Video11:46İcra başçısının müavini Səfa Ağayev göstəriş verdi - Dövlət Müstəqillik Günü olmayacaq, qapıları bağlayın idmanşıları qovun11:32DİN və Baş Prokurorluq Saatlıdakı qətllə bağlı birgə məlumat yaydı - Təfərrüat11:29Zakir Həsənov Raket və Artilleriya birləşmələrini hərəkətləndirdi - VİDEO11:26ABŞ Rusiya ilə nüvə müqaviləsindən çıxdı - Tramp Moskvanı sazişi pozmaqda ittiham etdi11:11Əli Həsənov: “Müharibə yenə günahsız insanların qanı bahasına başa gələcək"11:08Azərbaycanın dövlət məmuru Fransada hektarlarla torpaq alıb (FOTOLAR)15:004 kişi 4 qadını götürüb restorana getdi, sonra polislər gəldi və... - ŞOK HADİSƏ14:57Keçmiş MTN-çilər vaxtından əvvəl azadlığa buraxılmayıb - prokurorluq məlumat yaydı12:07DİN-dən əməliyyat - 90 nəfər saxlanıldı11:23Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub - FOTOLAR11:13Şamaxılı “Ampa” və digər Məcidovların dönəmi bitir – Milyonlarla var-dövlətin sahibləri təşvişdə10:53ABŞ-da Araz Ağalarovun hesabları DONDURULDU10:47Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı qərar verildi17:55Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”17:52Əliyev və Ərdoğan STAR zavodunun açılışında - video17:44Novruz Məmmədov nazirləri topladı17:42Azərbaycanda DƏHŞƏTLİ OLAY: valideynlərinin başını kəsdi, 15 yaşlı qızını və oğlunu isə...14:47Paşinyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Azərbaycanla operativ əlaqəmiz var14:17İlham Əliyev sərəncam imzaladı14:12Vidadi Zeynalovun kadrı Ceyhun Cəfərovdan hesabat iclasında 18+ söyüşlər13:17Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq - RƏY12:28Türkiyədəki meqalayihəmiz açılır: Prezidentlərin iştirakı ilə keçiriləcək açılış mərasim fəaliyyətə başlayacaq12:19Ramil Usubovdan Bakı şəhər Baş Polis İdarəsinə YENİ TƏYİNAT12:13SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb18:56DTX əməliyyat keçirdi: Xarici casus həbs edildi (FOTO)17:56İŞİD 700 nəfəri əsir götürüb, içlərində ABŞ vətəndaşları da var - PUTİN AÇIQLADI16:54Abşeron işıq idarəsindən müdhiş DƏLƏDUZLUQ - 50 qəpik əməliyyatı16:20Cəlilabadda məmur içkili halda maşını aşırdı, ÖZÜ ÖLDÜ02:23Bərdədə xaos - icra başçısının obyektləri, bağ evləri, imarətləri və imtina edilən şəhid anaları15:25Tanınmış həkim və ictimai xadim Rəşid Mahmudov reanimasiyaya yerləşdirildi15:20BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR16:14Hakim deyib ki, səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, ofsayddan çıx deyəndə, çıxarsan14:09Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...14:04“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI12:35SON DƏQİQƏ:: Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi00:14TƏCİLİ: İcra başçısının müavini vətəndaşları döyüb ağır xəsarətlər yetirdi - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ (VİDEO)00:09Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı - Yeni təyinat15:13Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK12:56AAF-nın prezidenti Qüdrət Nuriyevlə müsahibə12:51Öldürüb meyitini asdılar - Qarabağda erməni əsgərinin dəhşətli qətli12:49Sərkisyanın gizlədilən səfəri – Kremldəki görüşün pərdəarxası17:49DİN-dən əməliyyat - 102 nəfər saxlanıldı13:47Birinci xanım prezidentin xəyanətindən DANIŞDI - FOTO13:40AMEA-da kütləvi ixtisarlar başladı - Təfərrüat13:26İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var11:01ABŞ Türkiyənin sərhədləri yaxınlığında 4 il... - Ortalığı qarışdıracaq ŞOK İDDİA10:54Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olundu01:09DİM-ə və Təhsil Nazirliyinə ağır ittiham: Niyə şagirdlərin taleyi ilə oynanılır?18:58“Məzarı hazırladıq, gəlin...” – Ərdoğandan SƏRT BƏYANAT - VİDEO18:54Xalq artisti ilə Röyanın ilk dəfə intim görüntüləri yayıldı- O HƏR ŞEYİ ETİRAF ETDİ - FOTOLAR18:37DTX-nin tutduğu şantajçı jurnalistlər haqqında qərar verildi – hədə qorxu, rüşvət, intim və nələr...Video18:27Prezident tanınmış jurnalistlə bağlı göstəriş verdi10:49Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək10:47On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi - Əli Həsənov yazdı10:31Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı13:54BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətin görüntüləri yayıldı - VİDEO13:51Korrupsaner Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir - daha bir məmur Eldar Əzizovun hədəfində12:53SOS: Uşaqları oğurlayan, orqan mafiyası ilə məşğul olan qadının FOTOSU YAYILDI00:16Lənkaran icra başçısı Taleh Qaraşovdan şəhidə hörmətsizlik: Yasına getmədi, köməklik belə etmədi, anasını tək qoydu - Rəzalət!!!21:37ADPU-NUN AĞCABƏDI FILIALINDA KORRUPSIYA - Tahir Kərimliyə Mətanət Fərzəliyeva hansı səbəbdən xüsusi önəm verir21:30SON DƏQİQƏ: Hacı Mazan saxlanıldı və... - iş adamının ölkədən çıxışına qadağa qoyuldu21:20Bakı gömrüyü rəisi Kənan Məmmədov Prezidentə qarşı - KARANDAŞ ƏMƏLİYYATININ ŞOK GİZLİNLƏRİ20:29İlham Əliyevdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM20:25Prezident 4 sərəncam, 1 fərman imzaladı14:02Saxta cərəncam və qərarlar - Ceyranbatan bələdiyyə sədri bu qanunsuzluqları icra hakimiyyətinə bağlayır12:58Taksi sürücüləri ilə polis arasında əlbəyaxa dava – Saxlanılanlar var – Fotolar12:53Sərkisyana xəyanət edən partiyası Paşinyanın tərəfinə keçdilər12:43DİN əməliyyat keçirdi: 36 həbs edildi12:41Almaniyadan hökuməti: Dağlıq Qarabağ və 7 rayon Azərbaycan ərazisidir12:24İcra başçısının ətrafında həbslər başlatıldı - Qanunsuz tikililərə görə saxlanılanlar var02:26SOS: OVÇULAR, FLAQMAN, ROSKO kolbasalarında dəhşətli xəstəliklər aşkarlandı – Video01:52Azərbaycan 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi - İrəvan təşvişdə - VİDEO01:45"Bunu edənlərin vicdanı, imanı yoxdur" - İlham Əliyevdən məcburi köçkünlərlə bağlı mühüm qərar01:43Nazir İlham Əliyevdən kömək istədi: "Dəstəyinizə ehtiyacım var"14:51Həbsdə olan Baş redaktorun atası Prezidentə müraciət etdi-oğlumu şərləyərək həbs etdirdilər14:28Saxta diplomlu, fərari RİH müavini Rövşən Əhmədovun Ağcabədidəki fəlakəti - narazılıq13:40İran hökümətindən azərbaycanlı Zəhrəya biabırçı höküm - zorlanıb edam olunsun12:54Tanınmış vəkil və sabiq millət vəkili arasında təhqiramiz qovğa - skrinşotlar12:47Lotu Quli Türkiyədə həbs edildi - yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək (rəsmi)12:27Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı12:24Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibə12:22Cənubi Azərbaycanı tətillər bürüdü – Hakimiyyət ÇARƏSİZDİR12:19Lotu Quli Rusiyadan bu qədər XƏRAC ALIRMIŞ: Səlifovun sensasiyalı ƏMRLƏRİ ÜZƏ ÇIXDI12:16İlham Əliyev nazirləri topladı17:48Xırdalanda yol çökdü - Yük maşını çuxura düşdü (dəhşətli anlar)16:44Apokalipsisə HAZIRLIQ? - Rusiya ilə müharibə SƏHNƏLƏŞDİRİLİR16:41Putindən ŞOK ADDIM: bunun üçün ordunu İrəvana YERİDƏCƏK - Qriqoryan AÇIQLADI12:07Dünyanın ən güclü hava qüvvələri: Ordumuz... - Siyahı11:24Oğlu polis bıçaqlayan Beyləqan təhsil şefinin 25 minlik şok əməliyyatı – İttihamlar/siyahı11:19Şəhid qardaşı Bərdədə ərşə qalxan zülmü canlı yayıma çıxardı: “ Cənab prezident, Vidadi İsayev qanımızı içir"11:03Millimizə çağırılması gözlənilən futbolçu "Barselona"da15:45İlhamə Quliyevanın oğlu həbs edildi - EKSKLÜZİV15:38İlham Əliyev sərəncam imzaladı15:34Daha bir vəzifəli şəxs işdən çıxarıldı
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ermənistanın dəhliz arzusu dəfn edilir - Tiflisdən bəd xəbər

07 fev 2018, 10:08   
Ermənistanın dəhliz arzusu dəfn edilir - Tiflisdən bəd xəbər
















İşğalçı Ermənistan blokada rejimini yumşaltmaq üçün inadlı səylərini davam etdirir. Lakin bu qəbildən çabaları reallaşdırmaq indi elə də asan məsələ deyil. Siyasi, geosiyasi faktorlar var ki, onlar vazkeçilməz görünür.

Biri elə Tiflisin Bakı və Ankara ilə ilbəil dərinləşən əlaqələri. Bu əlaqələr artıq iqtisadi-ticari, energetik-kommunikasiya sferalarını deyil, strateji əhəmiyyətli hərbi və təhlükəsizlik sahələrini da özündə ehtiva edir. Son illər üç ölkə arasında artıq dayanıqlı bir format yaranıb ki, rəsmi Tiflis bunu görməzlikdən gələ bilməz - hətta Ermənistana dəhlizlərin açılması ona əlavə iqtisadi dividentlər gətirsə belə.

Xatırladaq ki, söhbət Abxaziyadan keçən və 20 ildən çoxdur fəaliyyətsiz qalan dəmiryolunun işə salınması ilə yanaşı, Ermənistana alternativ avtomobil yolunun açılmasından gedir. Məsələ son olaraq, Çexiyanın paytaxtı Praqada Rusiya və Gürcüstan rəsmi nümayəndələri arasında görüşdə diqqət mərkəzində olub. Lakin növbəti görüş də nəticəsiz yekunlaşıb.

*****

“Yeni Müsavat”ın məlumatına görə, fevralın 5-də Zurab Abaşidze baş nazir Georgi Kvirikaşviliyə Praqada tərəflər arasında (Rusiya XİN başçısının müavini Georgi Karasin) keçirilmiş son nəticəsiz görüş haqda məruzə edib. Praqa görüşündə əsas mövzu isə Cənubi Qafqazdan Rusiyaya və oradan alternativ istiqamətdə - İrəvan-Tiflis-Qori-Tsixinvali-Vladikavkaz yolunun müzakirəsi olub.

Bəllidir ki, bu mövzu illərdir məhz Ermənistanın təkidi ilə müzakirə edilir. Çünki hazırda istismarda olan və işğalçı ölkəni Rusiya ilə birləşdirən, “Şimali Lars” gömrük postundan keçən yeganə yol - tarixi Hərbi Gürcüstan Yolu tez-tez sel-yağış səbəbindən yararsız hala düşür. Bu üzdən yolda vaxtaşırı Gürcüstan və Ermənistandan olan yüzlərlə böyük həcmli yük avtomobilləri ilişib qalır. Daha təhlükəsiz, stabil və rahat marşrut isə Cənubi Osetiyadan keçən Transqafqaz avtomagistralı hesab olunur. Lakin onun Ermənistanın xeyrinə işə düşməsi üçün Tiflis və Moskvanın razılığı lazımdır.

Məsələ ondadır ki, belə bir anlaşma üçün əsas artıq mövcuddur: 2011-ci ildə Rusiyanın Ümumdünya Ticarət Təşkilatın üzvlüyü ilə bağlı Moskva ilə Tiflis arasında “Yüklərin gömrük monitorinqi” haqda ikitərəfli müqavilə imzalanıb. Lakin Praqada Abaşidze-Karasin danışıqlarının axırıncı raundu göstərdi ki, tərəflər yekun anlaşmanın mühüm detalları barədə heç cür anlaşa bilmirlər.

Söhbət həm də ondan gedir ki, Rusiyanın müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiya ilə Gürcüstan arasında gömrük postunun qoyulub-qoyulmayacağından gedir. Rusiya tərəfinə görə, Moskva Abxaziya və Cənubi Osetiyanı suveren qurum kimi tanıdığından, belə postlar olmalıdır. Gürcü tərəfi isə bunu qəbul eləmir, çünki o halda Tiflis bu iki separatçı rejimin müstəqilliyini tanımış olacaq.

Öz növbəsində Zurab Abaşidze böyük lobbist qrupların təzyiqlərinə rəğmən, məsələdə Gürcüstanın kompromisə gedəcəyini şübhə altına ləb. O, yekun rəyin baş nazirlə görüşdən sonra bəlli olacağını söyləyib. Lakin diplomatın G.Kvirikaşvili 5 fevral görüşünün də nəticəsiz bitdiyi haqda informasiya gəlib.

*****

İrəvanda isə hər şeyə rəğmən, hələ də bu yöndə nikbin bəyanatlar verilməkdədir. Məsələn, xarici işlər naziri Edvard Nalbəndyanın axırıncı açıqlamasından belə qənaət hasil olur ki, Ermənistan nəinki Transqafqaz avtomobil yolunun, həm də Abxaziyada keçən dəmir yolunun açılmasını gözləyir. Hərçənd son hadisələr göstərir ki, belə ümidlər əbəsdir, nədən ki, məsələ öz kardinal həllini tapmayıb. Siyasi müşahidəçilərə görə, bundan ötrü bütün maraqlı regional oyunçular arasında bir neçə danışıqlar raundu keçirilməlidir.

Maraqlıdır ki, bu arada belə danışıqları daha mənasız edən, demək, Ermənistanın ümidlərini bir az da boşa çıxaran xəbər gəlib. “Yeni Müsavat”ın xəbərinə görə, dünən Rusiya prezidenti Cənubi Osetiyadakı separatçı hərbi birləşmələrin Rusiya ordusu tərkibinə daxil edilməsi haqda qanunu imzalayıb. Bundan sonra separatçılar Rusiya silahlı qüvvələrində hərbi xidmət keçəcəklər ki, bu da sövq-təbii Tiflislə Moskva arasında onsuz da kövrək olan etimad atmosferini daha da zədələyəcək.

*****

Ermənistan isə nəyin bahasına olur-olsun, Azərbaycan torpaqlarının işğalına görə üzləşdiyi və ildən-ilə daha da ağırlaşana nəqliyyat-kommunikasiya blokadasını yarmağa çalışır. Yeganə yol, əlbəttə ki, Gürcüstandan alternativ avtomobil və dəmir yolu marşrutunun açılmasına nail olmaqdır ki, bu ümidlər də, vurğulandığı kimi, Tiflis-Moskva ziddiyyətləri və geosiyasi amillər üzündən daşa dirənib.

“Tiflis əslində həmin marşrutların açılmasında maraqlıdır, ancaq gəl ki, hər şey onun səlahiyyətində də deyil”. “Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Tofiq Abbasov deyib: “Gürcü tərəfi ilə söhbətdə ötən ilin dekabrında erməni prezident Serj Sərkisyan qarşı tərəfdən verbal dəstək almışdı. Lakin sadə olmayan geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizlərinin aktivləşməsi məsələsi iqtisadı qayğıların çərçivəsini aşır. Bunu kim bilməsə də, erməni isteblişmenti xırdalığına kimi bilir. Rusiya və Gürcüstan belə görünür ki, tezliklə konsensus tapa bilməyəcək”.

“Moskva üçtərəfli (Gürcüstan-Rusiya-İsveçrə - red.) sazişini implementasiya eləməyə açıq aşkar tələsmir. Heç kim də onu tələsməyə vadar edə bilməz. Ancaq problem təkcə bunda da deyil. Həm də ondadır ki, İrəvan bir yandan özünün qərbyönlü niyyətlərində ”rezini" öz tərəfinə əyməklə öncədən öz əsas müttəfiqinin səbrindən sui-istifadə edir. Erməni isteblişmentində anti-Rusiya ovqatı artıq Moskva üçün hədələyici miqyas alıb. Beləcə, Qərblə oynayan İrəvan Rusiyaya təsir göstərmək məsələsində öz imkanlarını şişirtməkdədir. İkinci qəliz motiv isə odur ki, özünün sədaqətli və dürüst qonşu olduğu haqda bəyanatlar verən Ermənistan bir əli ilə Tiflisin başını sığallayırsa, o biri əli ilə altdan-altdan ermənilər yaşayan gürcü bölgəsi Cavaxetiyanı Tiflis əleyhinə qızışdırır", - deyə sonda politoloq əlavə edib.

Bunun bir adı da nankor ermənilərin oturduqları budağı kəsməsidir. Necə deyərlər, düşən nə edir, özünə edir. Hər halda, günün gerçəyi budur ki, Ermənistanın dəhliz arzusu dəfn edilir...
OXŞAR MÖVZULAR