Impera

XƏBƏR LENTİ
18:56DTX əməliyyat keçirdi: Xarici casus həbs edildi (FOTO)17:56İŞİD 700 nəfəri əsir götürüb, içlərində ABŞ vətəndaşları da var - PUTİN AÇIQLADI16:54Abşeron işıq idarəsindən müdhiş DƏLƏDUZLUQ - 50 qəpik əməliyyatı16:20Cəlilabadda məmur içkili halda maşını aşırdı, ÖZÜ ÖLDÜ02:23Bərdədə xaos - icra başçısının obyektləri, bağ evləri, imarətləri və imtina edilən şəhid anaları15:25Tanınmış həkim və ictimai xadim Rəşid Mahmudov reanimasiyaya yerləşdirildi15:20BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR16:14Hakim deyib ki, səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, ofsayddan çıx deyəndə, çıxarsan14:09Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...14:04“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI12:35SON DƏQİQƏ:: Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi00:14TƏCİLİ: İcra başçısının müavini vətəndaşları döyüb ağır xəsarətlər yetirdi - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ (VİDEO)00:09Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı - Yeni təyinat15:13Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK12:56AAF-nın prezidenti Qüdrət Nuriyevlə müsahibə12:51Öldürüb meyitini asdılar - Qarabağda erməni əsgərinin dəhşətli qətli12:49Sərkisyanın gizlədilən səfəri – Kremldəki görüşün pərdəarxası17:49DİN-dən əməliyyat - 102 nəfər saxlanıldı13:47Birinci xanım prezidentin xəyanətindən DANIŞDI - FOTO13:40AMEA-da kütləvi ixtisarlar başladı - Təfərrüat13:26İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var11:01ABŞ Türkiyənin sərhədləri yaxınlığında 4 il... - Ortalığı qarışdıracaq ŞOK İDDİA10:54Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olundu01:09DİM-ə və Təhsil Nazirliyinə ağır ittiham: Niyə şagirdlərin taleyi ilə oynanılır?18:58“Məzarı hazırladıq, gəlin...” – Ərdoğandan SƏRT BƏYANAT - VİDEO18:54Xalq artisti ilə Röyanın ilk dəfə intim görüntüləri yayıldı- O HƏR ŞEYİ ETİRAF ETDİ - FOTOLAR18:37DTX-nin tutduğu şantajçı jurnalistlər haqqında qərar verildi – hədə qorxu, rüşvət, intim və nələr...Video18:27Prezident tanınmış jurnalistlə bağlı göstəriş verdi10:49Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək10:47On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi - Əli Həsənov yazdı10:31Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı13:54BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətin görüntüləri yayıldı - VİDEO13:51Korrupsaner Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir - daha bir məmur Eldar Əzizovun hədəfində12:53SOS: Uşaqları oğurlayan, orqan mafiyası ilə məşğul olan qadının FOTOSU YAYILDI00:16Lənkaran icra başçısı Taleh Qaraşovdan şəhidə hörmətsizlik: Yasına getmədi, köməklik belə etmədi, anasını tək qoydu - Rəzalət!!!21:37ADPU-NUN AĞCABƏDI FILIALINDA KORRUPSIYA - Tahir Kərimliyə Mətanət Fərzəliyeva hansı səbəbdən xüsusi önəm verir21:30SON DƏQİQƏ: Hacı Mazan saxlanıldı və... - iş adamının ölkədən çıxışına qadağa qoyuldu21:20Bakı gömrüyü rəisi Kənan Məmmədov Prezidentə qarşı - KARANDAŞ ƏMƏLİYYATININ ŞOK GİZLİNLƏRİ20:29İlham Əliyevdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM20:25Prezident 4 sərəncam, 1 fərman imzaladı14:02Saxta cərəncam və qərarlar - Ceyranbatan bələdiyyə sədri bu qanunsuzluqları icra hakimiyyətinə bağlayır12:58Taksi sürücüləri ilə polis arasında əlbəyaxa dava – Saxlanılanlar var – Fotolar12:53Sərkisyana xəyanət edən partiyası Paşinyanın tərəfinə keçdilər12:43DİN əməliyyat keçirdi: 36 həbs edildi12:41Almaniyadan hökuməti: Dağlıq Qarabağ və 7 rayon Azərbaycan ərazisidir12:24İcra başçısının ətrafında həbslər başlatıldı - Qanunsuz tikililərə görə saxlanılanlar var02:26SOS: OVÇULAR, FLAQMAN, ROSKO kolbasalarında dəhşətli xəstəliklər aşkarlandı – Video01:52Azərbaycan 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi - İrəvan təşvişdə - VİDEO01:45"Bunu edənlərin vicdanı, imanı yoxdur" - İlham Əliyevdən məcburi köçkünlərlə bağlı mühüm qərar01:43Nazir İlham Əliyevdən kömək istədi: "Dəstəyinizə ehtiyacım var"14:51Həbsdə olan Baş redaktorun atası Prezidentə müraciət etdi-oğlumu şərləyərək həbs etdirdilər14:28Saxta diplomlu, fərari RİH müavini Rövşən Əhmədovun Ağcabədidəki fəlakəti - narazılıq13:40İran hökümətindən azərbaycanlı Zəhrəya biabırçı höküm - zorlanıb edam olunsun12:54Tanınmış vəkil və sabiq millət vəkili arasında təhqiramiz qovğa - skrinşotlar12:47Lotu Quli Türkiyədə həbs edildi - yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək (rəsmi)12:27Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı12:24Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibə12:22Cənubi Azərbaycanı tətillər bürüdü – Hakimiyyət ÇARƏSİZDİR12:19Lotu Quli Rusiyadan bu qədər XƏRAC ALIRMIŞ: Səlifovun sensasiyalı ƏMRLƏRİ ÜZƏ ÇIXDI12:16İlham Əliyev nazirləri topladı17:48Xırdalanda yol çökdü - Yük maşını çuxura düşdü (dəhşətli anlar)16:44Apokalipsisə HAZIRLIQ? - Rusiya ilə müharibə SƏHNƏLƏŞDİRİLİR16:41Putindən ŞOK ADDIM: bunun üçün ordunu İrəvana YERİDƏCƏK - Qriqoryan AÇIQLADI12:07Dünyanın ən güclü hava qüvvələri: Ordumuz... - Siyahı11:24Oğlu polis bıçaqlayan Beyləqan təhsil şefinin 25 minlik şok əməliyyatı – İttihamlar/siyahı11:19Şəhid qardaşı Bərdədə ərşə qalxan zülmü canlı yayıma çıxardı: “ Cənab prezident, Vidadi İsayev qanımızı içir"11:03Millimizə çağırılması gözlənilən futbolçu "Barselona"da15:45İlhamə Quliyevanın oğlu həbs edildi - EKSKLÜZİV15:38İlham Əliyev sərəncam imzaladı15:34Daha bir vəzifəli şəxs işdən çıxarıldı15:27Daşnaklar 100 ildir qurduqları “İŞĞAL PLANI”na başladı - İrəvandan ŞOK ADDIM13:50"Azərsu” əhaliyə çirkli su içirdir - Hesablama Palatasından ŞOK HESABAT13:46İşğalçı ölkə Naxçıvana HÜCUMA HAZIRLAŞIR - Erməni müdafiə naziri təcili sərhədə gəldi19:13RƏSMİ: Prezident icra başçısını vəzifəsindən azad etdi18:55“SOCAR Polymer”in Polipropilen Zavodu ixraca başlayır18:50"SOCAR Polymer"in məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracını 16% artıracaq11:43Gülağa Tənha ilə həbisdə olan şəriki arasında 19 milyonluq MTN işi…11:36Malik Həsənov mandatdan məhrum edilə bilər:Eldar Mahmudov faktoru və MTN əlaqələrinin ŞOK GİZLİNLƏRİ11:20Milli Məclis toplanır-Bu qanunlar müzakirə olunacaq19:03ERMƏNİSTANDA MƏXMƏRİ İNQİLABIN İKİNCİ DALĞASI… –Seçkiləri dekabra çəkmək istəyi Paşinyana uğur gətirəcək? - TƏHLİL19:00AXCP və Müsavat “Qarabağ mitinqi”nə niyə qatılmadı? - İfşaedici faktlar18:57SƏRƏNCAM: Prezident təhsil işçilərini təltif etdi - SİYAHI15:44Qafqaz qarışdı: xalq küçələrə çıxdı, ağır yaralılar var - Video15:24Bərdə Arxiv idarəsinin rəisi Əsgər Rəsulov rüşvətə bulaşıb - müraciət13:09Şairə Ziba Hüseynova: Əlləyirsən sən, ay molla — +18 şeir10:50"Qalatasaray" səfərdə "Porto"ya məğlub oldu - VİDEO10:42Paşinyan parlamentdə Azərbaycanla əlaqələrdən danışdı – “Son dövrlər...”10:40Qızına yarım milyonluq toy edən, kürəkəninə 250 minə "Porşe" alan MƏMUR İŞDƏN QOVULDU10:36Bu məmurlarla bağlı qərar verildi - "Qaçqınkom" sədri və nazir müavinlərinə yeni vəzifə + SİYAHI10:31DİN-dən əməliyyat - 49 nəfər saxlanıldı22:37Hərbi çevriliş - Sərkisyan və Köçəryanın B planı11:14Şəmkirdə “namus keşikçiləri” həbs edildi — Ərləri Rusiyada olan qadınları “qoruyurmuşlar”11:11“Paşinyanı satdılar” – Moskva qiyamçı baş naziri təklədi11:09Azərbaycanda vəzifəli şəxslər güllələndi - TƏCİLİ11:07Ermənistanda 6 naziri istefaya göndərildi21:34Məktəblərdə pul yığılır? - Bu nömrəyə zəng edin21:18“Həkimlər xəstələrdən “intiqam” alır” - Azərbaycanda xərçəngin sürətlə yayılmasının acı səbəbləri açıqlanır - MÜSAHİBƏ21:13Gəncə Dövlət Universitetinin keçmişini unudan ŞƏR MAŞINI kimlərə xidmət edir?20:16Rusiyada müharibə həyacanı: Nüvə poliqonları DÖYÜŞ HAZIRLIĞINA GƏTİRİLDİ - SON DƏQİQƏ20:1311 min əhaliyə ŞAD XƏBƏR - İlham Əliyev sərəncam imzaladı
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ali məktəblərlə bağlı yeni qanun — Bir şəxs iki vəzifəni tuta bilməz

15 fev 2018, 09:43   
Ali məktəblərlə bağlı yeni qanun — Bir şəxs iki vəzifəni tuta bilməz














Təhsil Nazirliyinin Kollegiyasının 15 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” bu gündən qüvvəyə minir.
"Ölkə.Az"ın APA-ya istinadən məlumatına görə, bu Qaydalar mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir.

Dövlət sirri və təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi təyinatlı ali təhsil müəssisələri nizamnamələri ilə bu Qaydalar arasında ziddiyyət yarandığı halda öz nizamnamələrini əsas götürürlər. Ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən həmin vəzifələrə seçilmiş şəxslərlə işəgötürən arasında əmək münasibətləri 5 il müddətinə bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Ali təhsil müəssisəsi tərəfindən kafedra müdiri və fakültə dekanı vəzifələrinə vakansiya yarandığı gündən 1 aydan gec olmayaraq, əmək müqaviləsinin müddəti başa çatan vəzifələrə isə həmin müddətin başa çatmasına 2 ay qalmış vəzifələrin tutulması ilə bağlı müsabiqə elan olunur. Sənədlərin təqdim olunmasına və müsabiqənin keçirilməsinə hər birinə 1 ay olmaqla vaxt ayrılır. Müsabiqənin vaxtında elan olunmasına və üzrsüz səbəbdən vaxtında keçirilməməsinə görə ali təhsil müəssisəsinin rektoru intizam məsuliyyəti daşıyır.

Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün ali təhsil müəssisəsi tərəfindən kütləvi informasiya vasitələrində və ali təhsil müəssisəsinin internet səhifəsində müsabiqə elan edilir. Kafedra müdiri və fakültə dekanı vəzifələrinə namizədlər təhsil sahəsində qanunvericilik, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, bu Qaydalarla, ixtisas tələbləri, əmək funksiyaları ilə tanış olur və elan dərc olunduqdan sonra nəzərdə tutulan müddətdə müsabiqədə iştirak etmək üçün ərizə ilə ali təhsil müəssisəsinin rektoruna müraciət edirlər. Bütün hallarda bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir.

Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır:

- kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər;
- dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.

- Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir;

- Bədən tərbiyəsi və idman, incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün müsabiqədə bu Qaydalarda qeyd olunan tələblərə uyğun gələn şəxslərlə yanaşı həmin ixtisaslar üzrə elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər.

Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur. Namizəd ərizəsini seçkiyə qədər istənilən vaxt geri götürə bilər. Kafedra müdirinin və dekanın fəaliyyətinə nəzərdə tutulmuş müddətdən əvvəl xitam verildiyi və ya elan olunmuş müsabiqə baş tutmadığı hallarda ali təhsil müəssisəsi rektorunun əmri ilə kafedra müdiri vəzifəsinin icrası kafedranın əməkdaşlarından birinə, dekan vəzifəsinin icrası isə dekan müavininə və ya fakültənin tərkibindəki kafedralardan birinin bu Qaydalarda oyulan tələbləri ödəyən əməkdaşına müvəqqəti (üç aydan çox olmayaraq) olaraq həvalə olunur. Dekan vəzifəsini icra edən şəxs, vəzifəni icra etdiyi müddətdə kafedra müdiri və ya dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilməz. Kafedra müdiri vəzifəsini icra edən şəxs dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilər.
OXŞAR MÖVZULAR