İdman

Gürcüstan Cənubi Qafqazın ilk ölkəsi oldu-rəqiblərdən biri Türkiyədir... - VİDEO

post-img

Cənubi Qafqaz regionunun futbolunda bir ilk yaşanıb. Qonşu Gürcüstan tarix yazaraq, Avropa Çempionatına vəsiqə qazanıb.

Gürcülərin pley-offdakı rəqibi yunanlar olub. Əsas vaxtda və əlavə oynanılan yarım saatlıq oyunda hesab açılmasa da, penaltilər seriyasında da Gürcüstan millisi əzmkarlıq nümayiş etdirib. 5-3 hesablı qələbə ilə Gürcüstan Cənubi Qafqazı ilk dəfə Avropa Çempionatında təmsil etmək hüququna sahib çıxıb.

Qeyd edək ki, Gürcüstan yayda keçiriləcək Avropa Çempionatının final mərhələsində F qrupunda mübarizə aparacaq. Rəqiblər Türkiyə, Portuqaliya və Çexiya milliləridir.

Oxşar xəbərlər