Impera

XƏBƏR LENTİ
10:46Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilir - VİDEO10:38KTMT-yə sədrlik Ermənistandan alınır – Xaçaturova qapı göstərildi14:17Mülkləri Çexiyadan Dubaya, Cəlilabaddan Bakıya qədər uzanan biznesmen deputata seçki EMBARQOSU - bele deyirler13:10NBC bankın sahibi Nuru Əliyevlə, Həmid Mirzəyevin bahalı maşınları və dəbdəbəli həyatı13:02Şəki İH-dən ölkənin Birinci vitse-prezdentinin göstərişinə biganəlik - şikayət12:10İran millət vəkili Tehranda “Azərbaycan” şeirini səsləndirdi – Video11:46İcra başçısının müavini Səfa Ağayev göstəriş verdi - Dövlət Müstəqillik Günü olmayacaq, qapıları bağlayın idmanşıları qovun11:32DİN və Baş Prokurorluq Saatlıdakı qətllə bağlı birgə məlumat yaydı - Təfərrüat11:29Zakir Həsənov Raket və Artilleriya birləşmələrini hərəkətləndirdi - VİDEO11:26ABŞ Rusiya ilə nüvə müqaviləsindən çıxdı - Tramp Moskvanı sazişi pozmaqda ittiham etdi11:11Əli Həsənov: “Müharibə yenə günahsız insanların qanı bahasına başa gələcək"11:08Azərbaycanın dövlət məmuru Fransada hektarlarla torpaq alıb (FOTOLAR)15:004 kişi 4 qadını götürüb restorana getdi, sonra polislər gəldi və... - ŞOK HADİSƏ14:57Keçmiş MTN-çilər vaxtından əvvəl azadlığa buraxılmayıb - prokurorluq məlumat yaydı12:07DİN-dən əməliyyat - 90 nəfər saxlanıldı11:23Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub - FOTOLAR11:13Şamaxılı “Ampa” və digər Məcidovların dönəmi bitir – Milyonlarla var-dövlətin sahibləri təşvişdə10:53ABŞ-da Araz Ağalarovun hesabları DONDURULDU10:47Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı qərar verildi17:55Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”17:52Əliyev və Ərdoğan STAR zavodunun açılışında - video17:44Novruz Məmmədov nazirləri topladı17:42Azərbaycanda DƏHŞƏTLİ OLAY: valideynlərinin başını kəsdi, 15 yaşlı qızını və oğlunu isə...14:47Paşinyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Azərbaycanla operativ əlaqəmiz var14:17İlham Əliyev sərəncam imzaladı14:12Vidadi Zeynalovun kadrı Ceyhun Cəfərovdan hesabat iclasında 18+ söyüşlər13:17Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq - RƏY12:28Türkiyədəki meqalayihəmiz açılır: Prezidentlərin iştirakı ilə keçiriləcək açılış mərasim fəaliyyətə başlayacaq12:19Ramil Usubovdan Bakı şəhər Baş Polis İdarəsinə YENİ TƏYİNAT12:13SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb18:56DTX əməliyyat keçirdi: Xarici casus həbs edildi (FOTO)17:56İŞİD 700 nəfəri əsir götürüb, içlərində ABŞ vətəndaşları da var - PUTİN AÇIQLADI16:54Abşeron işıq idarəsindən müdhiş DƏLƏDUZLUQ - 50 qəpik əməliyyatı16:20Cəlilabadda məmur içkili halda maşını aşırdı, ÖZÜ ÖLDÜ02:23Bərdədə xaos - icra başçısının obyektləri, bağ evləri, imarətləri və imtina edilən şəhid anaları15:25Tanınmış həkim və ictimai xadim Rəşid Mahmudov reanimasiyaya yerləşdirildi15:20BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR16:14Hakim deyib ki, səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, ofsayddan çıx deyəndə, çıxarsan14:09Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...14:04“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI12:35SON DƏQİQƏ:: Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi00:14TƏCİLİ: İcra başçısının müavini vətəndaşları döyüb ağır xəsarətlər yetirdi - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ (VİDEO)00:09Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı - Yeni təyinat15:13Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK12:56AAF-nın prezidenti Qüdrət Nuriyevlə müsahibə12:51Öldürüb meyitini asdılar - Qarabağda erməni əsgərinin dəhşətli qətli12:49Sərkisyanın gizlədilən səfəri – Kremldəki görüşün pərdəarxası17:49DİN-dən əməliyyat - 102 nəfər saxlanıldı13:47Birinci xanım prezidentin xəyanətindən DANIŞDI - FOTO13:40AMEA-da kütləvi ixtisarlar başladı - Təfərrüat13:26İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var11:01ABŞ Türkiyənin sərhədləri yaxınlığında 4 il... - Ortalığı qarışdıracaq ŞOK İDDİA10:54Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olundu01:09DİM-ə və Təhsil Nazirliyinə ağır ittiham: Niyə şagirdlərin taleyi ilə oynanılır?18:58“Məzarı hazırladıq, gəlin...” – Ərdoğandan SƏRT BƏYANAT - VİDEO18:54Xalq artisti ilə Röyanın ilk dəfə intim görüntüləri yayıldı- O HƏR ŞEYİ ETİRAF ETDİ - FOTOLAR18:37DTX-nin tutduğu şantajçı jurnalistlər haqqında qərar verildi – hədə qorxu, rüşvət, intim və nələr...Video18:27Prezident tanınmış jurnalistlə bağlı göstəriş verdi10:49Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək10:47On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi - Əli Həsənov yazdı10:31Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı13:54BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətin görüntüləri yayıldı - VİDEO13:51Korrupsaner Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir - daha bir məmur Eldar Əzizovun hədəfində12:53SOS: Uşaqları oğurlayan, orqan mafiyası ilə məşğul olan qadının FOTOSU YAYILDI00:16Lənkaran icra başçısı Taleh Qaraşovdan şəhidə hörmətsizlik: Yasına getmədi, köməklik belə etmədi, anasını tək qoydu - Rəzalət!!!21:37ADPU-NUN AĞCABƏDI FILIALINDA KORRUPSIYA - Tahir Kərimliyə Mətanət Fərzəliyeva hansı səbəbdən xüsusi önəm verir21:30SON DƏQİQƏ: Hacı Mazan saxlanıldı və... - iş adamının ölkədən çıxışına qadağa qoyuldu21:20Bakı gömrüyü rəisi Kənan Məmmədov Prezidentə qarşı - KARANDAŞ ƏMƏLİYYATININ ŞOK GİZLİNLƏRİ20:29İlham Əliyevdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM20:25Prezident 4 sərəncam, 1 fərman imzaladı14:02Saxta cərəncam və qərarlar - Ceyranbatan bələdiyyə sədri bu qanunsuzluqları icra hakimiyyətinə bağlayır12:58Taksi sürücüləri ilə polis arasında əlbəyaxa dava – Saxlanılanlar var – Fotolar12:53Sərkisyana xəyanət edən partiyası Paşinyanın tərəfinə keçdilər12:43DİN əməliyyat keçirdi: 36 həbs edildi12:41Almaniyadan hökuməti: Dağlıq Qarabağ və 7 rayon Azərbaycan ərazisidir12:24İcra başçısının ətrafında həbslər başlatıldı - Qanunsuz tikililərə görə saxlanılanlar var02:26SOS: OVÇULAR, FLAQMAN, ROSKO kolbasalarında dəhşətli xəstəliklər aşkarlandı – Video01:52Azərbaycan 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi - İrəvan təşvişdə - VİDEO01:45"Bunu edənlərin vicdanı, imanı yoxdur" - İlham Əliyevdən məcburi köçkünlərlə bağlı mühüm qərar01:43Nazir İlham Əliyevdən kömək istədi: "Dəstəyinizə ehtiyacım var"14:51Həbsdə olan Baş redaktorun atası Prezidentə müraciət etdi-oğlumu şərləyərək həbs etdirdilər14:28Saxta diplomlu, fərari RİH müavini Rövşən Əhmədovun Ağcabədidəki fəlakəti - narazılıq13:40İran hökümətindən azərbaycanlı Zəhrəya biabırçı höküm - zorlanıb edam olunsun12:54Tanınmış vəkil və sabiq millət vəkili arasında təhqiramiz qovğa - skrinşotlar12:47Lotu Quli Türkiyədə həbs edildi - yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək (rəsmi)12:27Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı12:24Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibə12:22Cənubi Azərbaycanı tətillər bürüdü – Hakimiyyət ÇARƏSİZDİR12:19Lotu Quli Rusiyadan bu qədər XƏRAC ALIRMIŞ: Səlifovun sensasiyalı ƏMRLƏRİ ÜZƏ ÇIXDI12:16İlham Əliyev nazirləri topladı17:48Xırdalanda yol çökdü - Yük maşını çuxura düşdü (dəhşətli anlar)16:44Apokalipsisə HAZIRLIQ? - Rusiya ilə müharibə SƏHNƏLƏŞDİRİLİR16:41Putindən ŞOK ADDIM: bunun üçün ordunu İrəvana YERİDƏCƏK - Qriqoryan AÇIQLADI12:07Dünyanın ən güclü hava qüvvələri: Ordumuz... - Siyahı11:24Oğlu polis bıçaqlayan Beyləqan təhsil şefinin 25 minlik şok əməliyyatı – İttihamlar/siyahı11:19Şəhid qardaşı Bərdədə ərşə qalxan zülmü canlı yayıma çıxardı: “ Cənab prezident, Vidadi İsayev qanımızı içir"11:03Millimizə çağırılması gözlənilən futbolçu "Barselona"da15:45İlhamə Quliyevanın oğlu həbs edildi - EKSKLÜZİV15:38İlham Əliyev sərəncam imzaladı15:34Daha bir vəzifəli şəxs işdən çıxarıldı
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Qarabağda müharibə: Kremlin İrəvana qarşı “B Planı”...

29 sen 2018, 17:18   
Qarabağda müharibə: Kremlin İrəvana qarşı “B Planı”...Rusiyalı politoloq Qriqori Trofimçuk “Azərbaycan xəbərləri”nə təqdim etdiyi məqalədə Cənubi Qafqazdakı vəziyyət və Rusiya ilə ABŞ arasında bu regiona təsir uğrunda başlamış mübarizə barədə maraqlı iddialarla çıxış edib. Axar.az məqaləni təqdim edir:

Cənubi Qafqaz uğrunda mübarizə

Rusiya və ABŞ arasında Cənubi Qafqaza təsir uğrunda böyük mübarizə başlayıb. Lakin bununla yanaşı, Çin faktorunu da qeyd etmək lazımdır. Çünki Çinin burda təkcə öz maraqları deyil, həm də iqtisadi aktivləri var. Bunlar da öz növbəsində siyasi faktora çevrilməkdədir. Buna görə qeyd etmək olar ki, Çin burda dolayısıyla rəsmi Moskvanın tərəfindən çıxış edərək onun mövqeyini gücləndirir. Biz artıq görürük ki, Ermənistanda vəziyyət ciddi şəkildə qeyri-sabitliyə doğru gedir və orda hər şey hələ indi başlayır. Bildiyimiz kimi, Gürcüstan isə artıq faktiki olaraq Qərbin dayaq nöqtəsidir. Artıq görürük ki, Azərbaycan da bu baxımdan strateji infrastruktur obyektlərinin vasitəsilə ciddi araşdırılır.

Bununla yanaşı regionda iki böyük problem mövcuddur – bunlardan biri İran, digəri isə Qarabağdır. ABŞ artıq İranı rahat buraxan deyil. İrana qarşı yönəlmış proseslər bölgədəki vəziyyəti tamamilə dəyişə bilər. Xüsusən də əgər ABŞ Xəzərin sahillərinə çıxmağa imkan əldə edərsə. Buna mane olmağa heç kim hazır deyil. Eyni zamanda, biz görürük ki, Xəzəryanı beş dövlət heç bir konvensiyaya məhəl qoymadan Amerika ilə əlaqələrini inkişaf etdirir.

Göründüyü kimi, Yaxın Şərqdəki qeyri-sabitlik artıq Cənubi Qafqaza çox yaxınlaşıb. Bütün bu problemlər Rusiya və ABŞ arasındakı münasibətlərdə yaranmış çatı dərinləşdirir və ortaq razılığa gəlməyi getdikcə mümkünsüzləşdirir.

Putinin Bakı səfəri və Kollektiv Təhlükəsizlik Təşkilatı

Rusiya hələ ki, regionda Azərbaycanı strateji tərəfdaşına çevirməyə tələsmir. Lakin son zamanlar baş verənlər göstərir ki, o, bunu istənilən məqamda etməyə hazırdır. Azərbaycan MDB-dən başqa Rusiyanın iştirakçısı olduğu heç bir bloka üzv deyil. Bu baxımdan Azərbaycan əsas sahələrdə tutarlı faktora çevrilir. Bu yaxınlarda Xəzər dənizinin hüququ statusu haqda imzalanmış Konvensiyanı buna misal göstərmək olar. Azərbaycan nə bilavasitə Avrasiya İqtisadi İttifaqına, nə Kollektiv Təhlükəsizlik Təşkilatına iştirakçı kimi qoşulasıdır. Çünki Azərbaycan, Konstitusiyasında qeyd olunduğu kimi, öz neytrallığını qorumaq hüququna malikdir. Ancaq bu formatlarla sıx əlaqələr qurmaq üçün müşahidəçi qismində çıxış etməyə hazırdır.

Rəsmi Bakı başa düşür ki, hətta bu istiqamətdə atdığı addımlar Ermənistana qarşı qeyri-hərbi silah ola bilər. Odur ki, bu istiqamətdə işlərini daha da genişləndirir.

Hazırda Bakı üçün əsas məqsəd Moskva ilə arasında baş verə biləcək 2013-cü “soyuqlaşma”sının təkrar yaşanmasının qarşısını almaqdır. Lakin 2013-cü il dünya siyasətində böyük dəyişikliklərə səbəb olan Krım hadisəsindən öncə baş vermişdi.

Odur ki, Rusiyanın hazırda gedən müharibələrdə iştirakının Rusiya – Azərbaycan münasibətlərinə necə təsir göstərəcəyi məlum deyil.

Burada üstəlik Rusiyanın Türkiyə ilə də münasibətlərini bir faktor kimi nəzərə almaq lazım gələcək. Başqa hərbi bloklarda iştirak etmək baxımından Azərbaycan nəzərə almalıdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə müəyyən məsələlərdə oynamaq olar, amma NATO ilə belə münasibətlər qurmaq mümkün deyil.

Odur ki, əgər Azərbaycan KTMT ilə yaxınlaşmasa, Cənubi Qafqazda qaçılmaz olacaq gərginlik şəraitində onu güclə NATO ilə yaxınlaşdırmağa çalışacaqlar. Burada “İsveçrə variantı” alınmayacaq.

Bu halda artıq formal neytrallığa istinadlar əhəmiyyət kəsb etməyəcək. Hətta Bakının bu günə qədər aldığı müasir silahlar belə onun köməyinə gəlməyəcək. Bu baxımdan qarşıda gözlənilən hadisələrin fonunda rəsmi Bakı öz dövlətçiliyini hansı yolla qoruyacağını seçməli olacaq.

Ermənistanla əlaqədar B planı

Düşünürəm ki, hazırda istənilən dövlət başçısı Rusiya-Ermənistan münasibətləri haqda və ümumilikdə Ermənistanın daxilində baş verən hadisələrin yaxın perspektivi barədə düşünməlidir. Bunu şərti olaraq “B planı” adlandırmaq olar. Putin-Paşinyan görüşünun nəticələri göstərir ki, Ermənistanın baş naziri görüşədək səsləndirdiyi tezislərini yenidən təkrar etməkdədir.

Yəni onun Rusiya-Ermənistan münasibətlərindəki mövqeyi heç bir dəyişikliyə məruz qalmayıb. Burada baş nazirin Moskvaya yönəltdiyi “müdaxilə etməmək” termini böyük maraq kəsb edir. Üstəlik Rusiya– Ermənistan danışıqlarından sonra Ermənistanın daxilində baş verən hadisələr də maraqlıdır. “Vətən xainləri” axtarışı adı altında Paşinyanın rəqiblərinin təqibi davam edir.

“Plan B”, “V”, “Q” və sair bu səpkidə olan planları daima ehtiyatda saxlamaq lazımdır. Məsələn, Yanukoviçlə Azarovun belə planları yox idi. Çünki onlar siyasətçi deyil, sadəcə məmur idilər. Buna görə onlar başa düşə bilmədilər ki, 2013-cü ilin 21 noyabrında Ukraynanın Avropa ilə münasibətlərinə assosiativ son qoymasını elan etməsi arxasıyca “sel gətirəcək”.

Ermənistanın isə ən yüksək səviyyədə keçirilmiş məqsədyönlü və qeyri-formal görüşlərdən sonra hansı istiqamətdə irəliləyəcəyi bilinmir. Məhz bu barədə ciddi düşünmək lazım gələcək.

2018-ci ildə Qarabağda müharibə

Hazırda Qarabağ bir çox göstəricilərinə görə Donbasa bənzəyir. Silahlı münaqişə artıq mütəmadi hal alıb və müharibə istənilən an baş verə bilər. Buna görə də burada hansısa tarixə və ya müddətə əsaslanmaq lazım deyil. Bu səhv olacar və dinclik effekti yaradar. Hərbi dərsliklərdə qeyd olunduğu kimi, müharibənin başlanması üçün zəmin hazırdır. Hazırki vəziyyətdə hətta Bakıda doğulmuş Viktor Zorge belə “22 iyun” tarixinin xəbərdarlığını təkrar edə bilməz. Daha aydın danışacam: müharibə artıq gedir, sadəcə olaraq hələ ki, qeyri-aktiv fazadadır.

Müharibənin başlaması – hələlik ehtimal şəklində olsa belə – o vaxt baş tuta bilər ki, Moskvanın Bakı və İrəvanla münasibətləri eyni vaxtda gərgin həddə çatsın. Hazırda Ermənistanda baş vermiş hadisələr və onların inkişaf tendensiyası göstərir ki, bu gözləntinin reallaşması mümkündür.
OXŞAR MÖVZULAR