Impera

XƏBƏR LENTİ
22:37Xanım icra başçı vətəndaşların fərdi qəbulunu keçirdi22:33Astanada SOCAR və “KazMunayQaz” arasında saziş imzalanıb22:30SOCAR: “İdarə rəisinin saxlanıldığı barədə məlumatlar həqiqət deyil”10:52Ermənilər şokda: Azərbaycan ordusu bizi 4 günə məhv etdi - VİDEO01:06Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib01:01"Ermənilər qətlə yetirdiklərini və yaralıları silos quyusuna atıb üzərini torpaqladı" - DƏHŞƏT00:51"Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz" - Kadırovdan sərt açıqlama00:48Rüstəm İbrahimbəyov Bakıya gəldi - Tanınmış siyasətçiləri restorana topladı00:42"Günəşin nuru" antologiyasının növbəti təqdimatı olacaq00:20Azərbaycanın və Çeçenistanın fəxri, səsinə səs verənlərə minnətdarlıq etdi - VİDEO MÜRACİƏT00:46Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş00:40“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…” – Erməni politoloqdan ŞOK İDDİA00:38İşdən çıxarıldığına görə zavod rəhbərliyini və işçiləri güllələdi – Video00:36İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü – Video00:25Azərbaycanın və Çeçenistanın yaralı qəhramanı xoşagəlməz hadisə ilə bağlı narahatçılığını bəyanatı ilə bildirdi - FOTOLAR00:22Nüsrət Kəsəmənli - Sən demə təzədən sevmək olarmış00:20Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib00:15Şəmsəddin Əliyevə cavabım: Niyə İRİBUYNUZLU MƏMUR və GÖZÜKMƏYƏN (?!)14:34VİDEO:Deputat Adil Əliyev vətəndaşın topağını zəbt edib özünə restoran tikdirib - Dövlət Əmlak Komitəsi təstiqlədi13:58"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü13:49Rusiyadan qayıdan Ərdoğan təyyarədə danışdı - Putinlə birgə plan13:46Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq hər şeyi açdı03:56Abşeron Logistika Mərkəzinin direktoru Əbülfəz Məlikov, Eldar Mahmudovla neçə anlaşdı - bir Brokerin SİRRİ03:26"Sabah" FK u-12 futbol komandasının məşqçisi Samir Əbdürrəhmanov: Uşaq futboluna peşəkarlar gətrilməlidir - FOTOLAR22:58İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirib - VIDEO +FOTO15:51Putin Paşinyanın qarşısına Azərbaycanla bağlı elə şərt qoydu ki... - Ermənistan ayağa qalxdı13:28Azərbaycanlı gənc alimdən SENSASİON MÜSAHİBƏ: “Ölümün və xərçəngin qarşısını alacağıq”13:23Erməni kəşfiyyatı Azərbaycan müxalifətinə necə sızıb? - CODA təşkilatının ŞOK GİZLİNLƏRİ13:17Sabunçuda məktəblinin özünü öldürmə səbəbi hamınızı ŞOKA SALACAQ - Dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI13:01İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanıldı – Qalmaqal01:08Jurnalist Nurəddin Xoca məhkəmədə - ağır ittihamlar var00:50Nərimanovda AKSİYA - İcra başçısının müavini Şahmar İbadov qəzəbə gəldi (VİDEO)00:29“Lotu Quli”nin yeni bazar uğrunda qanla bitən müharibəsi - Tanınmış avtoritet güllələndi00:26Şəbnəm Tovuzlunun ərindən Sevgililər günü hədiyyəsi - Novxanıda 380 min manatlıq bağ evi00:08Güzdək daş karxanasında Abdulla FIRTINASI - FOTO + VİDEOLAR11:41Qarabağ Komitəsindən istefalar başladı - canlı yayımda dartışma11:38Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub - Fotolar11:32Paşinyanın “sehrli çubuğu” - “iqtisadi inqilab” nağılı rəsmiləşdi, sonra?..11:27Mehriban Əliyeva çətin şəraitdə yaşayan qadınla bağlı tapşırıq verdi11:26“Nikoil Bank”ın vəzifəli şəxsləri həbs edildi - RƏSMİ11:21ABŞ-ı silkələyən olay: Kəşfiyyatçı xanım İrandan dönmədi – Məxfi sirlər Tehranda11:20Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi - QORXUNC FOTO/VİDEO (TƏFƏRRÜAT)11:17Ramil Usubov bu rayonlara yeni polis rəisləri təyin etdi — SİYAHI00:57Azərbaycanlı Fudbolçunun erməni gözəlçə ilə 18+ videosu yayıldı - ŞOK VİDEO00:45Anasını və qardaşını evlə birgə YANDIRDI - Bakıda DƏHŞƏTLİ OLAY00:21Ağstafada əhali RİH-nin başçısı Məhərrəm Quliyevin laqeydliyindən beziblər - PREZİDENTƏ ŞİKAYƏT21:33“Bu, jurnalistikamızın bu gününə müstəsna qiymətdir” - Əflatun Amaşov21:31“Moskva və “5-ci kolon” hücuma keçəcək” – Müsahibə21:29İranda dəhşətli hücum: 20 ölü, 20 yaralı - Təcili21:24Prezidentdən bu rayona MÜJDƏ - 3 milyonluq SƏRƏNCAM21:22Prezident sakinlərlə mahnı oxudu - VİDEO14:44Mən Azərbaycan mediasına daim böyük dəstək göstərmişəm– Prezident14:43“LAÇIN” TİCARƏT MƏRKƏZİNİN SAHİBİNİN OĞLU PİYADANI ÖLDÜRÜB QAÇDI – Fotolar13:46Mehriban Əliyeva kimsəsiz hepatit xəstəsinin xərclərini öz üzərinə götürdü – Fotolar13:42AAAF parkda biabırçı olay – Qadın atletlərlə məşqçi... - ŞOK13:37Mətbuat dartışması: Müşfiq Ələsgərli ilə Əvəz Zeynallı qarşı-qarşıya13:34Prezident Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib13:31DTX-nin həbs etdiyi casus: ondan hansı məqsədlə istifadə ediləcəkdi - İlham İsmayıl açıqladı13:23Ermənilərin qorxulu yuxusu reallaşdı - “İsrail kamikadze dronlarının Azərbaycana satışına hə dedi13:19"Ermənilər düşdükləri vəziyyətdən çıxmaq istəyirlərsə..." - Prezidentdən Qarabağ mesajı13:16Yüksək vəzifəli şəxs həbs edildi - Baş Prokurorluq məlimat yaydı13:14Ramil Usubov Ağdam rayon Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin etdi13:11"Gəncə Cake House" şirniyyat evində iyrənc mənzərə: Vitrində siçovullar gəzir - VİDEO18:25Abel Məhərrəmov Mərkəzi Klinik Xəstəxanada reanimasiya şöbəsinə yerləşdirildi - TƏCİLİ18:02“Business Time” jurnalı 10 yaşını qeyd edir16:24Şirvan DYP rəisinin zəngin həyatı - Dəbdəbəli evlər, mebel sexləri, onlarla obyektlər, bahalı maşınlar VƏ NƏLƏR15:35Əli Həsənovdan ictimaiyyətə - Mühüm çağırış15:32Söyün Sadıqov həbs olundu - Təcili15:23Bu Gün Çempionlar Liqasında 1/8 Final Başlayır – TƏQVİM14:25Balaca gimnast – Mina Abbasovanın Polşada böyük qələbəsi14:22Gənclər Fondunun maliyyə dəstəyi ilə tədbir keçirilib - FOTO14:17Şamaxıda yenidən zəlzələ: insanlar küçələrə axışdı, icra başçısı sakinlərlə görüşdü - VİDEO14:12Emin Həsənli: “Səfərbərlik Xidməti ötən 7 ilə mühüm uğurlarla yekun vurur”13:57Deputat Əsabil Qasımov və icra başçısının müavini Şahmar İbadovun şərikli malı - Poleks MMC narazılıq var13:29Müdafiə naziri orduya çağırış etdi : “Diqqətli olun, dövlət çevirilişi cəhdinə imkan verməyin”13:25Kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq13:21Prezidentdən vacib sərəncam - RAMİZ MEHDİYEV SƏDR TƏYİN OLUNDU00:42“Çin 3-cü Dünya Müharibəsinə hazırlaşır”00:29Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin "ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ" - İFŞAEDİCİ VİDEO + FOTOLAR00:39İradə Gülməmmədova Görədil kəndidə növbəti səyyar qəbul keçirib - Fotolar00:34Abşeron məktəblərində xarici dil aylığına yekun vurulub-Video00:26Mübariz İbrahimova həsr edilən serial bu səhnəyə görə dayandırıldı - VİDEO00:18Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi protokolu təsdiq etdi00:15Prezidentdən Vergilər naziri Mikayıl Cabbarovla bağlı mühüm SƏRƏNCAM14:51Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş keçirilib - FOTO14:23Damlanın nişanlısı bəlli oldu: ŞƏBNƏM TOVUZLUNUN KEÇMİŞ SEVGİLİSİ “Sipark”ın RƏHBƏRİ SEYMUR İSAYEV KİMDİR?14:16ŞAD XƏBƏR – Azərbaycanda Yeni Avtomobil Istehsalı Zavodunun Təməli Qoyuldu14:11Azərbaycanda klub transfer etdiyi futbolçunu oynada bilmədi - YENİLƏNİB14:09ABŞ admiralı Rusiyaya “hücuma keçməyə” çağırdı14:06Həbsxanada münaqişə: Məhbuslar mühafizə hasarını dağıtdı, yataqlara od vurdular – 17 yaralı14:04Ərdoğan: “Bizə qarşı qurulan bütün oyunları pozacağıq”13:57Gəncə şəhər TŞ-nın yaratdığı ÖZBAŞINALIQ - 10 saylı orta məktəbin direktoru valideynlə SAÇYOLDUYA ÇIXDI (VİDEO)01:47İlham Əliyev 600 min nəfəri sevindirdi -ŞƏRH01:42Heydər Əliyevə nişan üzüyü, İlham Əliyevə - ŞAHZADƏ: Aynur Camala sifariş edən OLİQARX kim?00:58“Milli Hüquq Evi” xaricdə yaşayan gənc soydaşlarımızı bir araya gətirəcək - MÜSAHİBƏ12:53“10 milyard hara gedib? Məni o xətti keçməyə vadar etməyin” - Cahangir Hacıyevdən hədə dolu çıxış11:24Mingəçevir Polis İdarəsində jurnalisti polis bu hala saldı - Prezidentə Müraciət11:19Eluca Atalı Vətənə öz hədiyyəsini gətirdi - FOTOLAR11:05Ermənilər Qarabağda yeni səngərlər qazmağa başladı – FOTOLAR10:56Vaşinqtonda şok toplantı: 7 ölkə Türkiyəyə qarşı birləşdi
BÜTÜN XƏBƏRLƏR

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Paşinyanın “sehrli çubuğu” - “iqtisadi inqilab” nağılı rəsmiləşdi, sonra?..

14 fev 2019, 11:32   
Paşinyanın “sehrli çubuğu” - “iqtisadi inqilab” nağılı rəsmiləşdi, sonra?..Populist baş nazir xalqını vədlərlə yedizdirməkdə davam edir; sərhədlər açılmayınca iqtisadi sıçrayış mümkün olmayacaq, çünki...; Sergey Markov: “Blokada şəraitində Ermənistan iqtisadiyyatlını irəli aparacaq qüvvə yoxdur”; erməni siyasi şərhçi: “Kosmetik uğurdan artığı mümkün olmayacaq...”
Ermənistanın baş naziri Nikol Paşinyan srağagün hökumətin 5 illik proqramını parlamentə təqdim edib. Proqramda xarici siyasətin əsas prioriteti kimi Rusiyanın seçilməsi və Rusiyanın dominant olduğu əsas qurumlarda - Avrasiya İqtisadi Birliyi və KTMT-də (“Rus NATO-su”) İrəvanın təmsilçiliyinin davam etdiriləcəyi barədə yazmışıq. Bu, o deməkdir ki, yeni hökumət də işğalçı ölkənin Rusiyanın təhlükəsizlik sistemində qalmasında qərarlıdır.

Populist baş nazir xalqını vədlərlə yedizdirməkdə davam edir; sərhədlər açılmayınca iqtisadi sıçrayış mümkün olmayacaq, çünki...; Sergey Markov: “Blokada şəraitində Ermənistan iqtisadiyyatlını irəli aparacaq qüvvə yoxdur”; erməni siyasi şərhçi: “Kosmetik uğurdan artığı mümkün olmayacaq...”

Parlamentdə çıxışı zamanı N.Paşinyan “ümumxalq iqtisadi inqilabı”nın başladığını da bəyan edib. “Yeni Müsavat”ın məlumatına görə, baş nazir ümidvar olduğunu bildirib ki, “məxməri inqilab”da qalib gələn xalq “iqtisadi inqilab”da da qələbə çalacaq. “Ermənistan hökumətinin yaxın 5 ilə əsas vəzifəsi yoxsulluğun və işsizliyin azaldılması və aradan qaldırılması, sənayenin və ixracın artımı olacaq”. Bunu da Nikol Paşinyan deyib.

Ancaq necə, nə ilə? Bunu deməyib. Yəni 9 ay öncəki kimi yenə söz, vəd. Vəd vermək asan, onları tutmaq isə qat-qat çətindir - xüsusən də böhran içində olan bor ölkənin rəhbəri üçün. Hər halda hakimiyyətdə olduğu 9 ayda ölkəyə ciddi xarici sərmayə cəlb edə bilməyən Nikol yəqin ki, özü də buna əminlik hasil edib.

Bu səbəbdən ekspert çevrələrində hökumətin 5 illik proqramı deklarativ xarakterinə görə tənqidə tuş gəlib. Çünki Paşinyanın “iqtisadi inqilab” proqramında bir kəlmə də nə Azərbaycan və Türkiyə tərəfdən sərhədlərin açılmasından, nə də Dağlıq Qarabağ konfliktinin həlli vacibliyindən danışılmır. Halbuki bu iki faktor 1993-cü ildən Ermənistan iqtisadiyyatının inkişafına əsas əngəl olaraq qalır.
Paşinyanın “sehrli çubuğu” - “iqtisadi inqilab” nağılı rəsmiləşdi, sonra?..
Sergey Markov

“Sərhədlərin blokadası istənilən şərtlərdə Ermənistanın normal inkişafına imkan verməyəcək”. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış politoloq, Moskvadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov Paşinyanın iqtisadi “iqtisadi inqilab” proqramını “Vestnik Kavkaza” portalına şərh edərkən deyib.

“Ermənistanın iqtisadi sıçrayışı üçün şərtlərin bəziləri var, bəziləri isə yoxdur. Məsələn, Nikol Paşinyanın siyasi iradəsi və məsələyə sistemli yanaşması var, inkişaf istəyən əhalinin əksəriyyəti onu dəstəkləyir. Nədən ki, ölkə iqtisadiyyatı durğunluq içindədir. Eləcə də yüksək texnologiyalı, varlı Qərb dövlətlərinin siyasi dəstəyi var. Ancaq bunlar kifayət deyil. İlk növbədə ona görə ki, Ermənistan hələ də nizamlanmayan Dağlıq Qarabağ münaqişəsi hesabına iqtisadi blokada vəziyyətindədir”, - deyə politoloq qeyd edib.

Ekspertə görə, blokada Ermənistanın hər hansı inkişafını əngəlləyən əsas maneədir: “Vəziyyəti qəılizləşdirən həm də odur ki, Ermənistanın özü balaca və dar bir bazardır. Ermənistan iqtisadiyyatı yalnız daha geniş bir bazarla inteqrasiyada inkişaf edə bilər. Belə bir bazar isə hələ ki yoxdur. Rusiya ilə o, loqistik maneələr (arada quru sərhəd yoxdur - red.), həll olunmamış Qarabağ konflikti və Gürcüstan vasitəsilə tranzit yolun zəif buraxılış qabiliyyəti səbəbindən belə inkişaf mümkün deyil”.

ermənistan iqtisadiyyatı ile ilgili görsel sonucu

Bundan əlavə, Markovun qənaətincə, Rusiya iqtisadiyyatının özü indi depressiv durumdadır. “Həmçinin İranın iqtisadiyyatla bağlı böyük problemləri mövcuddur. Yekunda Ermənistan iqtisadiyyatı haqda belə demək olar: ”Nəfəs almaq istəyir, ancaq ağciyərləri açılmır". Bundan əlavə, ölkəyə ciddi sərmayə qoya biləcək erməni diasporun mövqeyi hələ də dəqiq deyil. Sözdə dəstək var, faktiki isə mən qəti şəkildə deyə bilmərəm ki, diaspordan investisiya dəstəyi olacaq", - deyə bildirib.

Beləliklə, aydın olur ki, Ermənistanda sırf oliqarxik-kriminal idarəçiliyi aradan qaldırmaqla ölkənin yaralarını sağaltmaq mümkün olmayacaq.

“Yenə də əsas odur ki, Azərbaycanla konflikt şəraitində sərhədlər bağlıdır. Üstəgəl, xaricdən və diaspordan, lap elə daxildən ciddi sərmayələr yoxdur. Nəticə etibarilə investisiyalar, texnologiyalar, bazarlar yoxdur. O da nəzərə alınmalıdır ki, iqtisadiyyatın özü sürətlə böyümür, ona hansısa drayver lazımdır. Çin drayver qismində Qərb ölkələrinin bazarları, investisiya və texnologiyalarından istifadə elədi. Azərbaycan - neft-qaz gəlirlərindən, Sinqapur - loqistik və maliyyə mərkəzlərindən istifadə edib. Paşinyan isə hələ də izah eləməyib ki, blokada şəraitində hansı qüvvə Ermənistan iqtisadiyyatlını irəli aparacaq”, - deyə sonda Markov əlavə edib.

Yazıçı-jurnalist, “Vesti FM” radiosunun aparıcısı Armen Qasparyan da ilk növbədə Ermənistanın inkişafı üçün blokadanın götürülməsinə diqqət çəkib. “İş ondadır ki, coğrafi baxımdan respublikanın yerini dəyişmək mümkün deyil. Hara hərləsən, Ermənistan yenə diplomatik münasibətlərin olmadığı Türkiyə və müharibə vəziyyətində olduğu Azərbaycanla həmsərhəd olacaq. Hər iki sərhəd də bağlı, faydalı qazıntılar yox”.

Onun sözlərinə görə, o səbəbdən hazırkı məqamda Paşintyan populist kimi görünür. “Əlavə edim ki, Ermənistanın problemlərini yalnız öncəki prezidentlərin və hökumətlərin ayağına yazmaq lazım deyil. Axı qohumbazlıq ölkədə həmişə olub. Bu regionla bağlı müəyyən mental ənənələr var - nə barədə ki, hamı bilir. Və mən bunun kardinal şəkildə dəyişəcəyinə əmin deyiləm. Kosmetik uğur ola bilər. Ancaq çətin ki, bundan artığı mümkün olsun”.

Bundan artığı üçün isə yol bəlli - Qarabağ probleminin ədalətli həlli, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması...

Siyasət şöbəsi,
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR