Dünya

Taliban liderindən qadınlarla bağlı ŞOK AÇIQLAMA - Onları xalqın gözü qarşısında...

post-img

Həftə sonu "Taliban"ın ali lideri Molla Hibətullah Axundzadə Qərb ölkələrinə birbaşa mesajında bildirib ki, onun hökuməti zina etdiklərinə görə qadınların daşqalaq edilməsi praktikasını rəsmi şəkildə tətbiq edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Molla Hibətullah Axundzadə həftə sonu dövlət televiziyasında yayımlanan səsli mesajında Qərb rəsmilərinə müraciət edərək deyib:

"Tezliklə zinaya görə cəza tətbiq edəcəyik. Qadınlara açıq şallaq vuracağıq. Onları xalqın gözü qarşısında daşqalaq edəcəyik. Bunların hamısı sizin demokratiyanıza ziddir, lakin biz bunu davam etdirəcəyik".

TELEMMGLPICT000325775132_1711395.jpg (72 KB)

Molla Hibətullah Axundzadə

Hazırda "Taliban"ın nəzarəti altında olan Əfqanıstanın dövlət televiziyası bir neçə köhnə portretdən başqa heç vaxt ictimaiyyətdə görünməyən Axundzadəyə aid səsli mesajlar yayımlayır. Onun "Taliban"ın qalası sayılan Qəndəharın cənubunda yaşadığı güman edilir.

Qeyd edək ki, "Taliban" 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölüm hökmləri və açıq edamlar bərpa edilib, qadınların təhsil və işləməsinə ciddi məhdudiyyətlər qoyulub.

Bu, beynəlxalq təşkilatların və Qərb ölkələrinin kəskin tənqidinə səbəb olub.

Oxşar xəbərlər