Impera

XƏBƏR LENTİ
00:58Prezidentin yeni vəzifə verdiyi general kimdir? - dosye17:16Abel Məhərrəmovun milyonluq mülkləri: Villalar, restoranlar VƏ NƏLƏR...17:13Prezident onlara general rütbəsi verdi - SİYAHI15:15Nikol Paşinyandan Dilqəm və Şahbazın geri qaytarılması barədə ETİRAF15:07“AAAF Park” - da AKSİYALAR başladı – qaz sayğacına rüşvət, istilik və işıq problemi sakinləri ayağa qaldırdı (Video)14:49İlham Əliyev türkiyəli ordu generalı ilə görüşdü - FOTO13:27SON DƏQİQƏ: Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşdirilir - Super nazirlik yaradılır10:58''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO10:55“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” - Akademik Ramiz Mehdiyevin kitabı çapdan çıxdı10:45Prezident İlham Əliyev Belarusda mühüm açıqlamalar verdi10:33Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək10:24Gəncədə yaşayış binasında DƏHŞƏTLİ PARTLAYIŞ: ölən və yaralananlar var - FOTO (YENİLƏNİR)01:07“Erməniləri yoxsul, pis və ələbaxan kimi tanıyırlar” – Paşinyandan şok etiraf01:05Müşfiqi diri-diri həmin binanın divarına hörüblər - Tədqiqatçı alim ünvanı açıqladı00:56BİABIRÇILIQ: Abel Məhərrəmovun içib dava saldığı konfransdan – ŞOK VİDEOLAR14:48Azərbaycan təyyarələri Qarabağda... - Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQ13:34İş adamını girov götürdülər, cinsi əlaqəyə təhrik etdilər – Bakıda şok olay13:21Putin yeni dövlət yaradır: iki ölkəni birləşdirir - Sensasiya13:19Məhkəmə Əli Kərimli barədə qərar verdi00:31Prezidenti İlham Əliyev Belarus Respublikasında rəsmi səfərdədir19:57Bakının məşhur “Nəsimi bazarı” sökülür - yerində bina tikilir19:49Xalq şairi Xəlil Rza Ulutürkün qardaşı vəfat etdi - Allah rəhmət eləsin!19:45Londonda islamafobiya, antisemitizm və irqçiliyə qarşı çıxan 30 min nəfər aksiya keçirib18:50Abel Məhərrəmov saxlanıldı - Bakı Dövlət Universitetinin giriş-çıxışı bağlandı, yoxlamalar başlatıldı18:40Azərbaycanda yaxalanan erməni diversanta görə Ermənistanda yolu bağladılar18:32Əli Həsənov: "Polis üçün əsas ictimai asayişin təmin edilməsidir"12:03Rusiya ilə böyük müharibə başlayacaq - General Romanenkodan şok açıqlama12:00​​​​​​​Ermənistanı qorxuya salan plan, ikiqat zərbənin tarixi – SİYASİ XÜLASƏSİ11:58Erməni təxribatı davam edir - Cəbhədən XƏBƏR VAR11:56Bir neçə maddə ilə ittiham olunan Əli Kərimli məhkəməyə QARŞISINDA11:44Füzuli RİHB aparatında “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib - FOTOLAR00:36Benzin qalxdı: Prezident iqamətgahının qarşısında aksiya - 52 nəfər saxlandı, 106 yaralı var20:14Deputatdan 30 min manat rüşvət istəyən Nəsimi rayon icra başçısı çıxdı20:00İlham Əliyev gömrüklə bağlı sərəncam verdi19:42Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli həbs edildi?20:37Mübariz Mənsimov: "Bədbəxtlər, sizə yazığım gəlir"20:33Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi — Sərəncam17:26Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib17:25İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib16:29Baş Prokurorluq vəzifəli şəxslərə cinayət işi açdı16:27Erməni şərabı, ucuz restoranlar, “Qarabağ mətbəxi” – Rusiyalı bloqqerlərin Xankəndi xatirələri16:25Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ16:15Şərabın qurbanı olan azərbaycanlı məmurlar - İçki onların evini yıxdı16:13"Sədərək" Ticarət Mərkəzində YANĞIN -YENİLƏNDİ16:05"Bakı Group” MTK 1 700-dan çox şəxsin mülkiyyət hüququnu rəsmiləşdirmir00:51Tramp göstəriş verdi: Fətullah Gülən Türkiyəyə ekstradisiya edilsin16:15Abel Məhərrəmov işdən qovuldu - rektor kontrabandaya qurban getdi13:58Prezident Bakı şəhərinə yeni icra başçısı təyin etdi13:37Nazir xalası qızını Qocalar Evinə yerləşdirdi - Azərbaycanda13:34Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi - TƏYİNAT13:25Erməni qadınla yazışan ADU-nun müəllimi danışdı - müsahibə13:20Azərbaycanın İsraildəki dostu yüksək posta doğru13:17Ağdərədə ermənilərə BÖYÜK ŞOK - ÖLƏNLƏR VAR02:02ABŞ “Hizbullah” liderinin oğlu Cavad Nəsrullahı qlobal terrorçu elan etdi01:57Tanınmış rəqqasənin Cümhuriyyətin 100 illiyinə həsr edilmiş layihəsi təqdim edilib01:52SSR-nin qurucusu Lenin dəfn edilir?01:49İnstaqram Ramazan Kadırovu “blok”dan çıxartdı01:47Suriyalılar prezident Bəşər Əsədi çiyinlərinə qaldırıb çılçırağa çırpdılar01:15Prezident Xələf Xələfova yüksək vəzifə verdi (SƏRƏNCAM)01:13Ekaloqdan şok XƏBƏRDARLIQ: Boran, tufan, sərt şaxtalar - Azərbaycanda yeni kiçik buz dövrü olacaq01:07Biri Türkana qoluşub, digəri banda yaradıb... - Meyxanaçı Vüqar daşı daş üstündə qoymadı01:03Azərbaycanda yeni cərimələr təsdiqləndi - MƏBLƏĞLƏR01:013 ölkə Türkiyəyə qarşı birləşdi: qardaş ölkəyə qarşı hücum PLANI00:56Dövlət Bayrağımızın təsviri təsdiq edildi19:59Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı: 99 ZZ 100 - 800- 111-in ŞOK QİYMƏTİ (VİDEO)19:35İlham Əliyevdən dövlət himni ilə bağlı qərar17:09Akif Rəhimov sahibkara 45 min manat “atdı”, “mən nə hökumət, nə dövlət sayıram” dedi – ŞOK FAKTLAR16:59İldırımsürətli müharibə iki həftəyə başa çatacaq: Rusiyada DAĞIDICI SSENARİ16:54İlham Əliyev: Əgər KTMT-nin hər hansı bir problemi varsa, o da Ermənistandır16:47Qarabağda ABŞ və Rusiyanın gərgin MÜBARİZƏSİ BAŞLADI: Azərbaycana qarşı PLANLAR02:03Bəhruz Quliyev: “Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən ünsürlərdirlər”01:58Əli Həsənov: "Azərbaycan dünyaya tolerantlıq nümunəsi təqdim edə bilib"01:55Xalqı müdafiə edən deputat məmurlara qarşı çıxdı01:51Mübariz Mənsimov şəhid anasına hörmətsizlik edəni cəzalandırdı - özü yazdı01:48İlham Əliyevdən Adil Əliyevlə bağlı MÜHÜM SƏRƏNCAM - SİYAHI12:36Mirmahmud Mirəlioğlu: “Mütəllibov niyə imkan verirdi ki, üzündən öpsünlər...” – Müsahibə12:34Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi - təcili12:29Azərbaycanda daha bir avtobus qəzası - Çox sayda yaralı var12:23İnstaqram fenomeni olan avstraliyalı model Nyuşa12:20Övladına “Adolf” adı qoyan valideynlər terrorçu çıxdı12:12Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümü ilə bağlı konfrans olub12:04Generallara qarşı sui-qəsd planı ortaya çıxdı - siyasi gərginlik artır00:36Çavuşoğludan fransalı nazirə: “Həddini aşma, Ərdoğanı səhv salma”00:34Bələdiyyə sədri Rafiq Muradovun ərköyün oğlu maşınla 14 yaşlı yeniyetmə qızı vurdu20:29Prezident səfirləri geri çağırdı - təcili16:43Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı15:59Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR15:35İlham Əliyev Paşinyanı Astanada da məğlub etdi: Nazarbayevlə Lukaşenko Nikolu “divara dirədi”15:244 nazir müşaviri, şöbə müdiri, rəis, sektor müdiri... - Sahil Babayev 213 işçi ilə bağlı əmr verdi14:33Lənkəranda 4 kənd su altında qaldı, 63 nəfər... - RƏSMİ14:31Sabiq nazir Fazil Məmmədovun “topdağıtmaz” biznes imperiyası: Görün nələri var imiş - SİYAHI14:25“Qoca”nın Fədayəyə yazdığı şok mesaj - Vəkil açıqladı13:05Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər - FOTO12:55Şahmar İbadovun qatil oğlu komfort içində, aprel şəhidi ailəsi isə zülüm çəkərək səfalətdə yaşayır – Foto12:40Şabranda “cin çıxarma” adı ilə ruhi xəstəni döyüb öldürdülər12:361109 SAYLI MƏHKUM-Mikayıl Müşfiq haqqında bilmədikləriniz12:32Türkiyəyə hücuma hazırlaşan terrorçulara havadan zərbələr endirildi00:54Röya "İstifadə edirəm" şərhi ilə yeni fotolarını paylaşdı - FOTOLAR00:5012 nöyabr Azərbaycanda Konstitusiya Günüdür00:45Britaniya hökumətindən Rəsul Quliyevlə Ziya Məmmədovun oğlunun əmlakına həbs qərarı - TƏCİLİ
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Kremlin Ankara və Bakıya Avrasiya tələsi - Sərksyanın Moskva səfərinin daha bir pərdəarxası...

17 mar 2017, 06:53   
Kremlin Ankara və Bakıya Avrasiya tələsi - Sərksyanın Moskva səfərinin daha bir pərdəarxası...















Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfəri başa çatıb. Dünən - səfərin ikinci günü o, Rusiya baş naziri Dmitri Medvedyevlə də görüşə bilib. Bu da o deməkdir ki, işğalçı ölkə başçısının Moskva ziyarəti təkcə siyasi mövzularla, o sırada 2 aprel seçkiləri və Dağlıq Qarabağ problemi ilə deyil, həm də və daha çox, iqtisadi məsələlərlə ilgili olub.

Söhbət öncəliklə Ermənistanın ildən-ilə ağırlaşan iqtisadi izolyasiya durumunu hansısa şəkildə yumşaltmaqdan, Azərbaycan və Türkiyənin Qarabağa görə tətbiq etdiyi kommunikasiya blokadasını yarmaqdan gedir. Bəllidir ki, ötən ayın sonlarında Ermənistanın baş naziri Karen Karapetyanın Gürcüstana etdiyi iki günlük səfərin əsas məqsədlərindən biri 16 ilə yaxındır işləməyən Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunu açmaqla bağlı olub.

Lakin danışıq konfidensial olsa da, sızan məlumatlara görə, erməni baş nazir bəzi ikinci dərəcəli anlaşmaların imzalanmasına rəğmən, Gürcüstandan əliboş qayıdıb.

Bu da gözlənilən idi. Çünki adıçəkilən dəmir yolunun işə salınması təkcə Gürcüstandan asılı məsələ deyil. Bundan ötrü gərək rəsmi Tiflis strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərində olduğu Azərbaycan və Türkiyənin də razılığını ala. Azərbaycan torpaqları işğal altında qala-qala, belə bir razılığın verilməsi isə istisnadır.

Ermənistanı təlaşlandıran həm də ondan yan keçəcək Bakı-Tiflis-Qars dəmir yolunun artıq işə düşmək üzrə olmasıdır. O halda təcavüzkarın iqtisadi izolyasiyası bir qədər də güclənmiş olacaq. Odur ki, İrəvan başına başqa çarə tapmaq zorundadır. Bu yöndə onun güvəndiyi yeganə himayəçi isə Rusiya ola bilər.

Şəksiz ki, Sərkisyanın Moskva səfərinin gündəliyində iqtisadi blokada ilə bağlı məsələlər mühüm yer tutub. Ancaq erməni qaynaqlarının da yaydığı xəbərlərdən belə qənaət hasil olur ki, Rusiya bu yöndə İrəvana təsəlliverici hər hansı söz deməyib, vəd verməyib.

***

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov mövzuya dəxli olan maraqlı açıqlama verib. Belə k, Rusiya baş diplomatı Dağlıq Qarabağa görə on illərdir qapalı qalan türk-erməni sərhədindən danışıb. Musavat.com-un məlumatına görə, “Regioanal Post - Caucasus” jurnalına müsahibəsində Lavrov deyib ki, Moskva Türkiyə ilə Ermənistan arasında danışıqlara yardımçı olmağa hazırdır və belə danışıqları yalnız alqışlayardı. Onun sözlərinə görə, “2007-2009-cu illərdə (Sürix protokollarının da gündəmdə olduğu aktiv dövr-red.) Ankara ilə İrəvan arasında əlaqələrin donunun açılması üçün mühüm səylər göstərib, lakin az sonra normallaşma prosesi dayanıb”.

“Lakin prinsipial mühüm olanı odur ki, tərəflər anlaşmaq bacarığı, ciddi və məsuliyyətli qərarlar qəbul etmək qabiliyyəti nümayiş etdirsinlər. Əminəm ki, həm Ermənistan, həm də Türkiyə aradakı problemləri yoluna qoymaq iqtidarındadır. Bu zaman onların özlərindən çox şey asılıdır. Nə vaxt ki, İrəvan və Ankara danışıqlar masası arxasında oturacaq, o zaman Rusiya onlara ən fəal dəstəyi verəcək”, - deyə S.Lavrov Rusiya adından vəd verib.

Rusiya XİN başçısının aşağıdakı fikri isə bizcə, daha diqqətçəkicidir. Sitat: “Aydındır ki, biz Avrasiya İqtisadi Birliyinin erməni-türk hissəsinin açılmasını, insanlar, mal- xidmətlərin sərbəst hərəkəti üçün açılmasını yalnız alqışlayardıq. Bu, şəksiz ki, ümumi regionun faydasına işləyəcək”.

***

Dünya okeanına heç bir çıxışı olmayan, Rusiya ilə quru sərhəddən məhrum Ermənistanın iqtisadi xilası sözsüz ki, ya Azərbaycanla, ya da Türkiyə ilə sərhədin açılmasından keçir. Gürcüstan birmənalı qərbyönlü siyasət yürütdüyü üçün bu xüsusda önəmli və aktual deyil. Həm də Ermənistanın xarici aləmə çıxışı daha çox Azərbaycan və Türkiyə hesabına mümkün sayılır.

Erməni toplumunda isə belə bir rəy get-gedə qətiləşməkdədir ki, ölkənin ağır iqtisadi duruma düşməsində Rusiya ilə müttəfiqlik əlaqələri də mühüm rol oynayır. Bu isə işğalçı ölkədə rəsmi Kremlə qarşı artan ictimai narazılıq deməkdir. Belə bir narazılığın “qırmızı xətti” keçməməsindən ötrü Moskva nə(lər)sə etmək zorundadır - bir şərtlə ki, Kremlin bölgədəki köklü maraqları zədə almasın.

Ehtimal ki, Azərbaycanla yanaşı, Türkiyəni də Avrasiya Birliyinə qoşmaqla bağlı ara-sıra səslənən fikir-təkliflərin arxasında həm də bu hədəf durur: qardaş ölkəni Qərb iqtisadi-siyasi və təhlükəsizlik məkanından qoparıb Ermənistanın da daxil olduğu Avrasiya Birliyi məkanına çəkmək və ardınca bu məkan çərçivəsində öz geosiyasi maraqlarını təmin eləmək, paralel surətdə işğalçı ölkədə anti-Rusiya ovqatını səngitmək. Yəni “bir gülləyə bir neçə dovşan vurmaq”, o cümlədən işğalçı ölkəyə Türkiyədən qapı açmaq.

Lakin Türkiyə qeyd-şərtsiz, Azərbaycanın köklü maraqlarını ciddiyə almadan buna gedərmi, Kremlin Avrasiya tələsinə düşərmi? Cavab aydındır. O zaman yalnız bir yol qalır. Onu da ABŞ-ın Ermənistandakı səfiri Riçard Mayls az öncə İrəvanda belə ifadə eləmişdi: “Qarabağ problemi çözülmədən, sərhədlər açılmadan Ermənistanın iqtisadi inkişafı mümkün deyil”.

Maraqlıdır ki, Sərkisyandan cəmi bir həftə öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada olub. İstisna deyil ki, Putin-Ərdoğan görüşündə bu və digər məsələlər də müzakirə predmeti olub. \\musavat.com\\
OXŞAR MÖVZULAR