Atası həbs edilən, özü həbs təhlükəsilə üz-üzə olan jurnalist: “Ölkə başçısının ədalətinə inanıram və ona güvənirəm”

“Atamın  əsassız həbsindən sonra, özümün də həbs edilə biləcəyinə  qəti şübhəm yoxdur”. Bu sözləri Azinforum.az-a martın 6-da Ağcabədi rayon Məhkəməsinin hökmü ilə  atası   3 il müddətinə azadlıqdan mərhum edilən, Sonolay.org saytının baş redaktoru Ramil Məhəmmədoğlu deyib.

Jurnalistin sözlərinə görə, atası ilə ona eyni vaxtda cinayət işi açılıb:

“Hesab edirəm ki, bizim başımıza gələn hadisə sırf mənim jurnalist fəaliyyətimlə əlaqəlidir. Bu barədə KİV-lərdə yetərincə məlumat dərc edilib. Eyni zamanda –  ölkə başçısına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, daha yuxarı məhkəmə instansiyalarına, Məhkəmə Hüquq Şurasına şikayətlər ünvanlamışıq. İstintaq dövründə atamla mənim işimi başqa icraata ayırdılar. Hazırda mənim işimlə bağlı Abşeron rayon Məhkəməsində araşdırma gedir və proses yekunlaşmaq üzrədir. Martın 14-ü  növbəti proses olacaq. Mən jurnalist fəaliyyətimdə daima dövləti, milli maraqları dəstəkləmişəm.  Hesab edirəm bizim ailəmizə qarşı bu cür qərəzli mövqe tutan məmurlar əməlləri ilə  dövlətimizin imicinə ağır zərbə vururlar. Elə rəy yaratmaq istəyillər ki, ölkədə söz azadlığına basqının olması mənzərəsinə şübhə olmasın. Bütün bunlara baxmayaraq, mən ölkə başçısının ədalətinə inanıram və ona güvənirəm. Əminəm ki, bizim haqq səsimiz tezliklə ona çatacaq və bizimlə bağlı obyektiv araşdırmanın aparılmsına göstəriş veriləcək. Mən bunun tərəfdarıyam. Sonda mən bütün KİV-lərdən xahiş edirəm ki, mənimlə bağlı gedən məhkəməyə ictimai  nəzarəti təmin etsinlər”.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.