Azərbaycanda işləyən böyük ərzaq şirkətinə qarşı şok ittihamlar (Video)

Paytaxt.org bildirir ki, Bizimyol.net-ə müraciət edən vətəndaş Əliyev Rauf Hidayət oğlu bildirib ki, “Koroğlu” MMC-də işlədiyi 23 ay ərzində və sonra ona qarşı təzyiqlər olub və qanunsuz tələblər irəli sürülüb.

O, “Koroğlu” MMC-nin işçilərin əmək hüququnu pozduğunu, vergidən yayındığını, şəxsən ona qarşı təzyiqlərin olduğunu, ona qarşı sifarişli cinayət işinin açıldığını və atasından miras qalmış evinin məcburiyyət qarşısında evi satdığını iddia edib.

Rauf Əliyev prokorurluq əməkdaşlarına qarşı da şok iddialar səsləndirib.

Bu iddialara cavab verilməsi üçün 27 fevral 2018-ci il tarixində Baş Prokurorluğun mətbuat xidmətinin elektron ünvanına (e.sultanov @prosecutor.gov.az) və “Koroğlu” MMC-nin elektron ünvanına (office @koroglu.az) informasiya sorğusu göndərilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov və “Koroğlu” MMC (012 425 1647, 055 409 4999) telefon zənglərini cavabsız qoyub.

Vətəndaş Rauf Əliyevin videomüraciətini təqdim edirik:

Ramid İbrahimov

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.