“Azərkitab- Kitab Təbliğatı Mərkəzi”ndə Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni dəyirmi masa keçirilib

“Azərkitab- Kitab Təbliğatı ”ndə Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərlərinə həsr  dəyirmi masa keçirildi.

Mərkəzdən Lent.az-a daxil olan məlumata görə, dəyirmi masada çıxış edənlər Azərycan- Gürcüstan əlaqələrinin bütün sahələrdə  yaxşı səviyyədə olduğunu qeyd etdilər. Vurğulandı ki,  regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Müzakirədə səsləndi ki, Azərbaycanla Gürcüstan hazırda  müstəqil dövlətlər kimi, bütün sahələrdə  əməkdaşlıq edir. Əslində, Gürcüstan və Azərbaycan oxşar problemlərlə üzləşib və bu məsələlər uzun müddətdir ki, öz həllini tapa bilmir. Məlum olduğu kimi, hər iki ölkənin ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.

“Azərkitab- Kitab Təbliğatı ”nin layihə rəhbəri Mirisrafil Sabir  Həsənov bildirdi ki, cəmiyyətdə kitaba marağın yüksəldilməsi üçün ciddi layihələrə imza atırıq. Belə bir önəmli dəyirmi masanın  da “Azərkitab”da keçirilməsi  təsadüfi deyil, kitab mədəniyyəti ocağına  çevrilən Mərkəz geniş çeşidli ədəbiyyatın yayılmasından əlavə, tanınan yazıçılarla, görkəmli elm və mədəniyyət  ilə  görüşləri,  kitab  təqdimatlarını  yüksək səviyyədə təşkil edir.

Azərbaycan Respublikası  Adminstrasiyası diaspora ilə iş üzrə bölmə müdiri  Qafar  Əliyev Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərlərinə həsr  dəyirmi masanı yüksək qiymətləndirərək qeyd etdi ki, bu əlaqələrin tarixi köklərə  söykənir. Heç bir qüvvə də  bu əlaqələrin inkişafına mane ola bilməz. Vurğulandı ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizlə Gürcüstan arasında bütün sahələrdə əlaqələrin  qorunması və inkişaf etdirilməsi sahəsində  keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam .

Dəyirmi masada müzakirə   dəyərlərin müasirlərimiz tərəfindən də qorunduğu və bu dəyərlərə hörmətlə yanaşıldığı xüsusi qeyd olundu. Gürcü dilinə tərcümə  kitablarımızın, o cümlədən  Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun ”Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının  bu dilə tərcüməsi  iki xalq arasında kitab mədəniyyətinin  bariz nümunəsi kimi dəyərləndirildi.

 

Siyasi elmlər doktoru, professor Elman Nəsirli  dedi  ki, Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl, Bakı-Supsa, Bakı--Ceyhan, Bakı--Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və  qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib, Gürcüstanla mədəni əlaqələrimiz də yüksək səviyyədədir. Gürcülərin multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları kontekstində qiymət verməsi sevindiricidir.  vəkili multikulturalizmin Azərbaycan nümunəsinin üstün və  fərqli cəhətlərindən  də danışdı.

 

Şirxan Adıgözəlov kitabının qısa zamanda gürcü dilinə tərcüməsinin iki ölkə arasında mədəni əlaqənin çox yaxşı olduğundan irəli gəldiyini  diqqətə çatdırdı. Dedi ki, beynəlxalq aləmdə etimadsızlıq mühiti formalaşmaqda, irqçilik, millətçilik, ksenofobiya genişlənməkdə, etnik, az qala həyat tərzinə çevrilməkdə olduğu bir vaxtda Azərbaycanda multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış modeli formalaşmışdır. Dünya, o cümlədən gürcülər bu modeli öyrənməkdədir.

Dəyirmi masada çıxış edən Gürcüstan Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının Semvoy Kupadze bildirdi ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da  sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq əlaqələrimizin hərtərəfli inkişafına imkan yaradır. Gürcüstan Elmlər Akademiyasının  Şirxan Adıgözəlovun tədqiqat əsərini yüksək dəyərləndirdi,  Gürcüstan kitabın araşdırmaçıları üçün bu sahədə qiymətli mənbə olduğunu qeyd etdi.

 

“Azərkitab- Kitab Təbliğatı ”ndə  keçirilən  Gürcüstan- Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərlərinə həsr  dəyirmi masada maraqlı təkliflər səsləndi. Dəyirmi masada  vəkili Fəttah Heydərov, elmi ictimaiyyətin nümayəndələri, ziyalılar, yazıçılar, tədqiqatçılar  iştirak edirdi.



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.