Bakı İdarəetmə və Texnologiya Kollecində nə baş verir – iki qrup arasındakı qarşıdurma pik həddə

“Kollecdə daxili qarşıdurma hətta o həddədir ki, bir komandanın təmsilçisi, digər komandanın təmsilçisini subardinasiya qaydası gözləmədən hər kəsin yanında aşağılaya bilir”

Cəmi 10 il – 1991 – 2001-ci illərdə fəaliyyət göstərən və Bakı Kompyüter Liseyinin bazası əsasında yaradılan Bakı Kompyüter Kolleci 2016-cı ilin fevral ayının əvvəllərində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə birləşdirilib. Xatırladaq ki, bir zamanlar İradə Sarıyevanın rəhbərlik etdiyi Kollecdə direktorun özünəməxsus “idarə sisteminin” olması ilə bağlı mətbuatda çoxlu sayda məlumtlarda dərc edilib. Lakin 2016-cı ildəki məlum birləşmədən sonra Kompyuter Kollecinin kollektivinin İdarəetmə və Texnologiya Kollecinə birləşməsi, Varis Allahverdiyevin birləşmiş quruma – Bakı İdarəetmə və Texnologiya Kollecinə rəhbər təyin edilməsi köhnə “sistemin” dəyişməsinə səbəb oldu . V.Allahverdiyevin rüşvətlə mübarizə kompaniyasına start verməsi təhsil müəssisəsindəki mənbənin bildirdiyinə görə hələ ki, nəticə vermir. BakuNews.az-a mənbənin bildirdiyinə görə hal – hazırda Bakı İdarəetmə və Texnologiya Kollecində iki kollektiv arasındakı ciddi fikir ayrılığı qarşılıqlı ittihamlarla müşayət edilir. Direktorun münaqişənin həlli ilə bağlı imkanlarının yetərli olmadığını bildirən mənbə əlavə olaraq qeyd etdi ki, sabiq “kompyuterçilər” “idarəediciləri” rəhbərliyin gözündən salmaq üçün müxtəlif şantaj üsullarından istifadə edirlər. Hal – hazırda “bizimlə olmayanlar, bizim düşmənimizdir” devizi ilə aparılan siyasətin sonucu bu təhsil müəsisəsinin gələcək fəaliyyət ilə bağlı müsbət heç nə vəd etmir. “Kollecdə daxili qarşıdurma hətta o həddədir ki, bir komandanın təmsilçisi, digər komandanın təmsilçisini subardinasiya qaydası gözləmədən hər kəsin yanında aşağılaya bilir” – deyən mənbə onu da bildirdi ki, “kompyuterçilər” keçmiş direktorlarının “idarə sistemini” bu kollecdə tətbiq etmək üçün hər bir üsula əl atırlar. “Yalnış qiymətləndirmə, tələbə və valideyinlərin narazı salınması, qanunsuz tələblər son aylarda artıq adi hala çevrilib” – deyən mənbə əlavə olaraq qeyd etdi ki, bu kollektivin bəzi nümayəndələri kollecin rəhbərliyində təmsil olunduğu üçün direktora maksimum təsir etməyə çalışırlar.

Onu da xatırladaq ki, Bakı Kompyuter Kollecinin fəaliyyəti dönəmində tələbələrdən birinin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt”inin əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat – istintaq tədbirləri həyata keçirilmişdi. Nəticədə kollecin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılmışdı. İstintaq-əməliyyat tədbirləri zamanı Ələddin Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nəğd pul, habelə onun və digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları vaxtı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülmüşdü. Xatırladaq ki, otaqlarından istintaq üçün əhəmiyyətli sənədlər götürülmüş şəxslərin bəziləri bu gün də Bakı İdarəetmə və Texnologiya Kollecində “fəaliyyət” göstərir.

Mənbə BakuNews.az-a verdiyi məlumatda onu da qeyd etdi ki, Kollec koridorlarında iki qrup arasındakı mübarizədə tez – tez bir qrupun digər qrupu Türkyədəki məlum “Feto” qruplaşması ilə əlaqəli olması ilə bağlı iddialar səslənir. Prezident seçkilərinə sayılı günlər qaldığı bir dönəmdə ölkənin təhsil müəssisələrindən birində baş verən bu neqativ hadisə olduqca narahatlıq yaradır. Təhsil nazirliyinin təxirəsalınmaz müdaxiləsinin vacib olduğu dönəmdə, bu dövlət qurumunun seyriçi mövqedə durması da, xeyli maraqlı məqamlar yaradır.

Məlumatda adı çəkilən qurum və şəxslərində münasibətlərini dərc etməyə hazırıq.

//Bakunews.az

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.