---

Şşş

post-img

Bildirək ki, 01.03.2025-ci il tarixində Pirallahı rayonu, 231 saylı orta məktəbin  direktoru ilə bağlı, “məktəb direktoru Lamiyə xanım 600 manatlıq qızılı özünə yaraşdırmayıb müəllimləri təhqir etdi” başlıqlı yazı dərc edilmişdir.

TEHSİLMEDİA.AZ olaraq bildiririk ki, həmin yazı şikayət əsasında saytımızda işıqlandırılıb. Bu səbəbdən də şikayətçinin qarşı tərəf haqqında iddialarına media olaraq məsuliyyət daşımırıq.

Bildirək ki, şikayətçinin dərc olunan iddialarına Lamiyəyə xanım özü redaksiyanın elektron ünvanına müraciət ünvanlayıb.

TEHSİLMEDİA.AZ Pirallahı rayonu, 231 saylı orta məktəbin sabiq direktoru, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 44, mənzil 11ünvanında qeydiyyatda olan İLHAMSOY LAMİYƏ İLHAM qızının sayta ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

 "Bildirmək istəyirəm ki, 01.03.2025-ci il tarixində Facebook sosial şəbəkəsində yaradılmış “Təhsil Forumu” qrupunda və rəhbərlik etdiyiniz “təhsilmedia.az” saytında tərəfinizdən barəmdə “məktəb direktoru Lamiyə xanım 600 manatlıq qızılı özünə yaraşdırmayıb müəllimləri təhqir etdi” manşetli həqiqətə uyğun olmayan yazı paylaşılmışdır. Bunun ardınca, digər kütləvi informasiya vasitələrində də eyni başlıqlı “Bakı şəhəri, Pirallahı rayonu Gürgən qəsəbəsində yerləşən 231 saylı tam orta məktəbin direktoru İlhamsoy Lamiyə İlham qızının hədiyyə qismində məktəbin işçilərindən pul vəsaiti tələb etməsi barədə” səs yazısı və məlumatlar paylaşılmlışdır. Növbəti gün, həmin vaxt direktoru olduğum Pirallahı rayonu 231 saylı orta məktəbə MÜTDA tərəfindən yoxlama gəlmiş və elə həmin gün mən tutduğum vəzifədən ətraflı araşdırma aparılmadan azad olunmuşam. 

Mediada paylaşılan bu xəbərlələ əlaqədar Pirallahı Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CPM-nin 206 və 207.1.1-ci maddələrinə əsasən araşdırma başlanmış və aparılmış araşdırmanın nəticəsi olaraq 09.04.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar çıxarılmışdır.  Qeyd olunan qərarla  kütləvi informasiya vasitələrində barəmdə paylaşılan bu xəbərlərin heç biri təsdiqini tapmamışdır.  

 Belə ki, həqiqətdə də, heç zaman məktəb kollektivindən nə pul, nə də hədiyyə tələbim olmamış, sözügedən və məndən xəbərsiz hədiyyə kimi alınan qızıl əşyası və onun dəyəri isə hələ 2024-cü ildə geri qaytarılmışdır. Sizə təqdim olunan səs yazısı bəzi hissələri kəsilərək montaj edilmiş və yanlış fikir formalaşdırmağa xidmət etmişdir. Üstündən 1 ildən artıq zaman keçəndən sonra həmin səs yazısının, bilərəkdən tam deyil, məhz bəzi hissələrinin mediada yayılması hesab edirəm ki, mənə qarşı qərəzdir.

Odur ki, peşəkar və ədalətli jurnalist olaraq Sizə üz tutur, mediada barəmdə yayılan həmin faktlar üzrə işin əsl mahiyyətini bildirir və sözügedən “səs yazısını” və Pirallahı Rayon Prokurorluğunun Qərarını təqdim edir və həqiqəti işıqlandırmağınızı xahiş edirəm..."

Məlumat üçün bildirək ki, şikayətçi Əliyeva Aytən Akif qızı(ad soyad şərtidir)tərəfində İLHAMSOY LAMİYƏ İLHAM qızının iş fəaliyyəti ilə bağlı saytımızda səsləndirdiyi iddialar ən son araşdırmalarımız nəticəsində əsassız olduğu məlum olub. Və, oda məlum olub ki, şikayətçi sabiq direktorla şəxsi zəmində yaranan probləmə görə, bəzi həqiqətə uyğun olmayan iddialarla çıxış edib və əsəbi halda, İlhamsoy Lamiyə İlham qızına bilməyərəkdən qərəzli olub. Biz redaksiya olaraq hər iki tərəfin mövqeyini işıqladırırlq. Və bizə müraciət edənlərə bir daha bildiririk ki, redaksiyamıza yazıb göndərdiyiniz şikayətlərdə ədalətli olmağa çalışın!

         

                                                                               

Oxşar xəbərlər