GÜNDƏM / BANNER

Zəngəzurda Meğri-Ağarak yolunda yeni nəzarət-buraxılış məntəqəsi QURULDU - ermənilər yoxlanır

post-img

Zəngəzurda Meğri-Ağarak yolunda yeni nəzarət-buraxılış məntəqəsi qurulub.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Yola nəzarəti Rusiya sülhməramlıları həyata keçirir.  Onlar erməniləri saxlayır, yoxlama aparır və yalnız bundan sonra onları buraxırlar.

“Ermənistan hakimiyyəti bu barədə vətəndaşlara əvvəlcədən məlumat verməyib və hələ də heç bir izahat vermir.

Bu, Qafan-Çakaten və Gorus-Qafan yollarındakı postlarla yanaşı, Zəngəzur rayonunda yaranan üçüncü postdur. Fərq ondadır ki, ilk iki yolda azərbaycanlılar, burada isə ruslar durur. Məlumata görə, təxminən 2-3 ay əvvəl bu əraziyə rus hərbçiləri yerləşdirilib, Onlar erməni avtomobillərini yoxlayırlar. Əslində biz Rusiyanın çox pis müttəfiqdən sadə işğalçıya çevrildiyi günü yaşayırıq.

Bununla da bitmir. Ermənistan hökuməti Noyemberyan şossesi yaxınlığında dolama yol çəkir. Çünki məlumatlara görə, bu yol delimitasiya-demarkasiya adı ilə “anklavların təslim edilməsi” proqramı çərçivəsində azərbaycanlılara veriləcək”, – deyə portal yazır.

Oxşar xəbərlər