Kriminal

DƏHŞƏT: Avtomobilindən mühəndisin qulaqları və boğazı kəsilmiş meyiti tapıldı - FOTO

post-img

Rusiyanın Rostov vilayətində avtomobilinin yük yerində qulaqları və boğazı kəsilmiş mühəndis Andrey Likoldun meyiti tapılıb. O, işçisi Yuri Moskovoyla birlikdə yoxa çıxmışdı.

Məlumata görə, onlar bir neçə gün öncə axşam saatlarında avtomobilləri ilə Volqodonska tərəf gediblər. Bundan sonra onlardan xəbər çıxmayıb. Yaxınlarının müraciətindən sonra polis axtarışlara başlayıb.

Beləliklə, Likoldun idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobil Verxolomov fermasının yaxınlığındakı Sal çayından tapılıb. Baqajda onun təhqir olunmuş meyiti olub.

Elə həmin çayda Yuri Moskovoyun VAZ-21200 markalı avtomobili tapılıb, ancaq maşının içi boş olub.

Bu gün səhər isə qətl yerinin yaxınlığında ikinci cəsəd tapılıb. Kişi boynundan və kürəyindən bıçaq xəsarətləri alıb.

Cinayətdə əvvəllər menecer işləyən və kriminal keçmişi olan yerli sakin 32 yaşlı Artyom Bukotin şübhəli bilinir. O, hazırda axtarışdadır.
Polis qətlin motivini araşdırır.



Oxşar xəbərlər