GÜNDƏM / BANNER

SON DƏQİQƏ! Putin Bakı və İrəvana ÇAĞRIŞ ETDİ - 'SON HƏLL YOLU...'

post-img

Rusiya Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına əməl etməyə çağırır.

 

Paytaxt.org xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

 

“Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Biz tərəfləri təmkinliyə, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”, - Rusiya lideri xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində vurğulayıb.

 

Onun sözlərinə görə, mübahisəli ərazi məsələlərinin həllinin açarı Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində peşəkar birgə işdədir.(APA)

Oxşar xəbərlər