GÜNDƏM / BANNER

Ermənilər bu istiqamətlərdə HÜCUMA KEÇDİ, ORDUMUZ... - Müdafiə Nazirliyindən TƏCİLİ AÇIQLAMA

post-img

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.






Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxşar xəbərlər