Gündəm

Xalq ayağa qalxdı: 100 mindən çox etirazçı paytaxt küçələrinə axışdı

post-img

Serbiyanın paytaxtı Belqradda keçirilən aksiyada 107 minədək insan iştirak edib.

Trend xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“15 nəfər üçün ayın 15-i” devizi ilə keçirilən aksiyada insanlar əllərində bayraqlarla şüarlar səsləndiriblər.


Aksiya səbəbindən şəhərdə nəqliyyatın hərəkəti dayanıb, əsas avtomagistrallar və yolayrıcları tamamilə bağlanıb.

Qeyd edək ki, insanlar keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə aksiya keçiriblər.

Oxşar xəbərlər