Gündəm

Prezident daha bir fərman, bir sərəncam imzaladı

post-img

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2001-ci il 30 iyun tarixli 518 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” 2005-ci il 22 iyul tarixli 268 nömrəli, “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanlarında və “Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Globalinfo.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nun 3-cü hissəsinin dördüncü abzasında “Ali Hərbi Məktəbi” sözləri “Hərbi İnstitutu” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 604 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin 2-1-ci fəslinin adında, 30-1-ci və 30-2-ci hissələrinin birinci abzaslarında, 30-2.1─30-2.3-cü bəndlərində, 30-2.4-cü bəndinin birinci, ikinci və üçüncü cümlələrində, 30-3-cü hissəsinin birinci abzasında, 30-3.1.9-cu yarımbəndində, 30-4-cü hissəsinin birinci abzasında, 30-4.1─30-4.3-cü bəndlərində, 30-4.4-cü bəndinin birinci və üçüncü cümlələrində, 30-5-ci hissəsinin birinci abzasında, 30-5.1─30-5.3-cü bəndlərində, 36-cı hissəsinin üçüncü abzasının birinci və ikinci cümlələrində, 37-1-ci hissəsinin birinci abzasında, 37-1.1─37-1.3-cü bəndlərində və 39-cu hissəsinin ikinci abzasında ismin müvafiq hallarında “Ali Hərbi Məktəb” sözləri ismin müvafiq hallarında “Hərbi İnstitut” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə 6-1─6-4, 16-1─16-10, 20-1─20-4 və 26-1 nömrəli şəkillərdə “Ali Hərbi Məktəbinin” sözləri “Hərbi İnstitutunun” sözləri ilə əvəz edilsin.


3. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 4.2-ci bəndində “Ali Hərbi Məktəbi” sözləri “Hərbi İnstitutu” sözləri ilə əvəz edilsin.

4. “Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 978 (Cild I) 1-ci hissəsində “Ali Hərbi Məktəbinin” sözləri “Hərbi İnstitutunun” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 oktyabr tarixli 1148 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Globalinfo.az bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 oktyabr tarixli 1148 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 881 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilsin.

Oxşar xəbərlər