Gündəm

Son Dəqiqə: Naxçıvan Ali Məclisi LƏĞV OLUNUR, səlahiyyətləri məhdudlaşdırıldı

post-img

Bir müddətdir Naxçıvan Muxtar Respublikasında Ali Məclisin səlahiyyətləri məhdudlaşdırılıb. Verilmiş bu qərar cəmiyyətdə sualın yaranmasına səbəb olur. 

Bu nüans gələcəkdə Ali Məclisin ləğv olunmasına gətirib çıxara bilərmi?

Milli Məclisin deputatı Fazil Mustafa Referans-a açıqlamasında bu haqda danışıb.

“Açığı, bu mövzuda nəsə demək çətindir. Çünki bunun hansı məqsədlə edildiyi önəmlidir. Çox güman ki, burada prezidentin xüsusi nümayədəsinin səlahiyyətlərinin artırılması və dəqiqləşdirilməsindən söhbət gedir. Buna görə də belə bir məsələ gündəmə gəlib. Bu qərarın praktikada necə tətbiq olunacağı önəmlidir. Bütün hallarda Naxçıvan Muxtar Respublikasında idarəetmənin sadələşməsinə ehtiyac var. Çünki vətəndaşların ən çox əziyyət çəkdiyi elə bu məsələdir. Əgər müəyyən dərəcədə tənzimetmə funksiyası normal yerinə yetirilərsə, bu qədər dövlət müdaxiləsinə də ehtiyac qalmaz”.

Deputat qeyd edib ki, bu, ekoloji, siyasi, iqtisadi və başqa nüanslardan da asılı olan bir məsələdir.

 

Oxşar xəbərlər