GÜNDƏM / BANNER

Prezident İlham Əliyev Kraliça II Elizabetə Qarabağ atı hədiyyə göndərdi - FOTOLAR

post-img

12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının Kraliçası II Elizabetə Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.


Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilib.
Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı "Alxan” adlı Qarabağ, "Qalxan” adlı Dilbaz atlarının heykəl­ləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.

Ülyahəzrət II Elizabet hədiyyəyə görə təşəkkürlərini ifadə etmiş, "Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.
 

Oxşar xəbərlər