GÜNDƏM / BANNER

SOS!!! Çarəsiz vətəndaş Vilayət Eyvazova üz tutdu-POÇTA

post-img

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edildiyi kimi hər bir vətəndaş bərabər hüquqludur və dövlət vətəndaşların hüquqlarının qorunmasına qarantdır. Bəli, doğrudan da Azərbaycan Respublikasının Daxili Işlər Orqanları hər bir vətəndaşların nəinki öz fəaliyyət istiqaməti olan ictimai təhlükəsizliyi qoruyur, həm də son dərəcə fədakarlıq nümunələri,humanizm prinsiplərinə əsaslanan əməli fəaliyyəti ilə daim diqqət çəkməkdədir. Bu, yeganə qurumdur ki, hər bir adi vətəndaşın belə, edilən müraciətinə ən üstdə olan vəzifəlisi səviyyəsində reaksiya verilir və problem həllini tapır. Bu qurumun başında olan Cənab nazir Vilayət Eyvazov elə bir ictimailəşən hər hansı problem yoxdur ki, ona reaksiya verməsin. Məhz elə bunun nəticəsidir ki, bu qurum ictimai rəydə müsbət və yüksək reputasiya qazanmışdır. Bu gün hər bir Azərbaycan Respublikasının vətəndaşı yüksək məmnunluqla əmindir ki, onun təhlükəsizliyinin qorunmasında Azərbaycan Polisi mübariz keşikdədir!


Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2944, ev 6, mənzil 115 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Əliyev Kənan Maarif oğlu “alfanews.az” saytına müraciət edərək, Bakı şəhəri, sonuncu dəfə Binəqədi rayon ərazisində əvvəldən tanıdığı, Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Xanməmmədova Nailə Rasim qızı ondan 350.000 manat pulu etibardan sui-istifadə etmək yolu ilə alaraq onu aldatmişdır. Vətəndaş Kənan Əliyev müraciət edərək, saytımız vasitəsi ilə Azərbaycan Respublikasının Daxili Işlər Naziri Cənab Vilayət Eyvazovdan kömək istədiyini, Cənab Nazirin bir vətəndaş olaraq ona köməklik edəcəyinə böyük ümidləri olduğuna inandığını qeyd edir.
Biz də inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin ən böyük etimad göstərdiyi Ali hərbi rütbəli dövlət məmurlarından biri kimi Cənab Nazir vətəndaşın çağırışına biganə qalmayacaqdır.
Mövzu diqqətimizdədir…

Elnur VAQIFOĞLU




Oxşar xəbərlər