Gündəm

MİT rəhbəri CHP qərargahına getdi

post-img

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına gedib.

Paytaxt.org xəbər verir ki, o, CHP sədri Özgür Özəlin tələbi əsasında bu addımı atıb.

MİT rəhbərinin CHP-ni məlumatlandırmaq üçün qərargaha getdiyi açıqlanıb. Toplantıda FETÖ terror qruplaşması ilə bağlı məsələlər müzakirə olunub. 

Görüş təxminən 3 saat davam edib. Toplantının keçirildiyi mərtəbəyə kənar şəxslər buraxılmayıb. Hətta liftlərin də həmin mərtəbəyə çıxması əngəllənib. Həmçinin, toplantı davam edərkən sivil və rəsmi geyimdə MİT mənsubları qərargahın ətrafında müşahidələr aparıblar. Üstəlik, İbrahim Kalının CHP qərargahına gedəcəyi də öncədən mətbuata açıqlanmayıb. Yəni, təhlükəsizlik çox yüksək səviyyədə təşkil olunub.

Xatırladaq ki, MİT rəhbəri İbrahim Kalın 22 oktyabrda FETÖ terror qruplaşması ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasını (AKP) məlumatlandırmışdı. Bunun üzərinə Özgür Özəl bənzər məlumatlandırmanın partiyası üçün də olmasını tələb etmiş və MİT rəhbərini CHP qərargahına dəvət etmişdi.

"Cebheinfo.az"

Oxşar xəbərlər