Homepage / İlham Əliyevdən qəza ilə bağlı XÜSUSİ TAPŞIRIQ

İlham Əliyevdən qəza ilə bağlı XÜSUSİ TAPŞIRIQ

Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Paytaxt.org xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya düşüb.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb.

Bununla bağlı Paytaxt.org AZƏRTAC-a istinadən xəbər yayıb.

Komissiyanın tərkibini təqdim edirik:

Sədr - Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri

Üzvlər:

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Kamran Əliyev - Azərbaycan Respublikasının baş prokuroru

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Əli Nağıyev - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Arif Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.




25-12-2024, 13:10
Go back