Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Etiraz aksiyaları getdikcə böyüyür.
Əgər bu etirazlar daha da böyüyərsə, Paşinyan hakimiyyətdən salınarsa Azərbaycan üçün hər hansı bir təhlükə ola bilərmi?
Baku TV-nin departament rəhbəri Turan İbrahimov bu sualla siyasi ekspertlərə müraciət edib.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri, siyasi şərhçi Rauf Arifoğlu suala cavab olaraq bildirib ki, Paşinyan iqtidardan gedərsə və xüsusilə də çevriliş yolu ilə hakimiyyətdən gedərsə bu, dərhal Ermənistan-Azərbaycan münasibətlərinə təsir göstərəcək. O qeyd edib ki, bu təsirləndirmə heç şübhəsiz ki, neqativ yöndə olar.
“Əgər Paşinyan hakimiyyətdən salınarsa, “Qarabağ klanı” hakimiyyətə gələrsə Ermənistan-Azərbaycan münasibətləri hansı şəkildə inkişaf edər?” sualına isə siyasi ekspertlər fərqli cavablar veriblər.
Həmin çıxışları təqdim edirik:
Musavat.com