Homepage / Qazaxda gənclər üçün “LevelUP” karyera forumu keçirilib

Qazaxda gənclər üçün “LevelUP” karyera forumu keçirilib

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 
 
Mediaxeberleri.Az xəbər verir ki, Forumda Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Regional Məşğulluq Filialının müdiri Elçin Nəsibov, filialın mütəxəssisi Bəkir Bəkirli, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Elvira Əfəndiyeva və GİKM-in nümayəndəsi Abuhəyat Əfəndi çıxış ediblər.
Forum çərçivəsində çıxışçılar aşağıdakı mövzular haqqında geniş məlumat veriblər:


🟢"Gənclər və idman siyasətinin həyata keçirilməsinin gənclərin inkişafına təsiri";
🔵"Region gənclərinin inkişaf imkanları, gənclərin inkişafına dəstək";
🟠"Regionda gənclərin məşğulluq imkanları";
🟡"Təhsil sisteminin əmək bazarına uyğunluğu və gənclərin karyera imkanlarına təsiri" və s. 
 
Forumun məqsədi karyera planlaması üzrə peşəkarları bir araya toplayaraq, gənclərin bilik və bacarıqlarını artırmaq, onların inkişafına və karyera imkanlarına dəstək göstərmək olub. 

Yekunda gəncləri maraqlandıran suallar cavablandırılıb. 

Tədbir Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, “Qazax Gənclər Evi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
28-10-2025, 22:31
Go back