Homepage / Abşeron Polis idarəsi bu azyaşlının valideynlərini axtarır

Abşeron Polis idarəsi bu azyaşlının valideynlərini axtarır

Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq tapılıb.

Bu barədə Paytaxt.org-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.

Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir.


7-04-2026, 09:15
Go back