Azərbaycanda kənd təsərrüfatının inkişafına dair təsdiq olunmuş yeni Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və əlavə dəyərin artırılmasına istiqamətlənib.
Onun fikrincə, proqramın fundamental hədəfi yalnız istehsal göstəricilərini artırmaqla məhdudlaşmır, əsas diqqət hər hektardan daha yüksək həcmdə və keyfiyyətli məhsul yetişdirməyə yönəlib.
"Bu sənəd kənd təsərrüfatı məhsullarının istehsalında dayanıqlı inkişafın təmin olunmasını, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, məhsuldarlığın və ixracyönümlülüyün artırılmasını, aqrar sahədə dəyər zəncirlərinin inkişafını, eləcə də balıqçılıq və akvakultura sektorunun yeni mərhələyə keçidini nəzərdə tutur.
Proqram aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişaf modelinə keçidi sürətləndirəcək və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək", - Z. Nağdəliyev qeyd edib.//Report