Paytaxt.org xəbər verir ki, Netanyahu deyib ki, demək olar hər gün Ərdoğan İsrail Dövlətinin məhv edilməsinə çağırış edir.
"Xalqımızın tarixi bizə bir şeyi öyrədibsə, o da budur ki, sizi məhv etmək niyyətində olduqlarını deyənlərin sözlərinə ciddi yanaşmaq lazımdır.
Biz bu bəyanatları tam ciddiyyətlə qəbul edirik və onları mütləq amerikalı dostlarımızın diqqətinə çatdıracağıq. Bu açıqlamaları diqqətdən kənarda qoymuruq", –deyə Netanyahu bildirib.Musavat.com